10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
DÜNYA

Şimali Koreya lideri dünyanı təhdid etdi – SİYAHI AÇIQLANDI…

Şimali Koreya Prezidenti Kim Çen In ölkəsinin inkişaf etdirdiyi yeni texnologiyalarla təchiz olunmuş silahların siyahısını nümayiş etdirib.

Redaktor.az xəbər verir ki, siyahıda əsas məsələ kimi nüvə silah anbarının gücləndirilməsi ilə dünyanın təhdid olunması qabardılıb.

Koreya Mərkəzi Xəbər Agentliyində (KCNA) yer alan məlumata görə, 5 il sonra paytaxt Pxenyanda keçirilən Koreya İşçi Partiyasının 8-ci Konqresində çıxış edən Şimali Koreya lideri Kim Çen In Şimali Koreyanın Vaşinqtonla dialoqa açıq olduğunu, bununla yanaşı, düşmənlə mübarizə aparmaq üçün hərbi və nüvə potensialını daha da artırmasının vacibliyini qeyd edib.

Şimali Koreya lideri çıxışında ABŞ-ı “əsas düşmən” adlandıraraq “ABŞ-da rəhbərliyə kim təyin olunsa da, onların əsas quruluşu və düşmən siyasəti əsla dəyişməyəcək” deyə vurğulayıb.

Kim Çen In dövlətin müdafiə qabiliyyətinin daha yüksək səviyyələrə çatdırılacağını bildirib və ölkəsinin və xalqının təhlükəsizliyini qorumaq üçün hər şeyə hazır olduqlarını dilə gətirib.

Bənzər yazılar

İvanka Tramp atasından sonra da siyasətdə qalacaq?

admin

Daxili işlər naziri Vilayət Eyvazov üçün özəl gün

admin

Pakistandan Azərbaycana açıq dəstək – “Biz sizin yanınızdayıq və…”

admin

Rusiya XİN-dən ikibaşlı BƏYANAT – Zaxarova Sergey Lavrovun Qarabağ açıqlamasını TƏKZİB ETDİ

admin

Prezident Seyfulla Əzimova general-leytenant rütbəsi verdi

admin

Aviqdor Libermandan şok dəstək: “Beynəlxalq hüquq və İsrail, Azərbaycanın tərəfindədir”

admin