Guninfo.az
Image default
DÜNYA

SON DƏQİQƏ: Baydendən Azərbaycanla bağlı MÜHÜM QƏRAR – ERMƏNİSTAN TƏLAŞA DÜŞDÜ

ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardım göstərilməsinə rəsmən icazə verib.

GUNinfo.az  xəbər verir ki, bu haqda məlumatı “The Hill” nəşri yayıb.

Bayden Konqresə “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin təxirə salınmasını uzatdığını bildirıb.

Xatırladaq ki, dəyişiklik 1992-ci ildə erməni lobbisinin təzyiqi altında qəbul edilib. Sənəd ABŞ tərəfindən Azərbaycana dövlət səviyyəsində yardım verilməsini məhdudlaşdırır. Lakin 2001-ci ildən bəri ABŞ rəhbərliyi, əsasən Əfqanıstana malların daşınması üçün tranzit ərazi kimi Azərbaycanın dəstəyini almaq üçün bu hərəkəti müvəqqəti dayandırıb.

Dövlət katibi Entoni Blinkenin Konqresə göndərdiyi bildirişdə deyilir ki, Azərbaycana edilən bu yardım Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam edən səylərə xələl gətirməyəcək və Ermənistana qarşı hücum məqsədləri üçün istifadə edilməyəcək.

Amerika diplomatiyasının rəhbəri yardımın beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək, həmçinin “Azərbaycan sərhədlərinin təhlükəsizliyini gücləndirmək” üçün lazım olduğunu qeyd edib.

Nəşr əlavə edir ki, bu qərar ABŞ-dakı erməni icmasının tənqidinə səbəb olub.

Ermənilər bunu yalançı “erməni soyqırımı”nın tanınması tarixi qərarından sonra Baydenin xəyanəti hesab edir.

Bizim.Media

Bənzər yazılar

“ULAK”: PUA-lardan sonra Türkiyənin yeni möhtəşəm hücum aparatı – XÜSUSİYYƏTLƏRİ – FOTOLAR

admin

5-ci kolon HƏRƏKƏTLƏNDİ! Qərərgaha çevrilən Ramiz Mehdiyevin kabinetində gizli toplantılara kimlər qatılır? – SİYAHI

admin

İran İnqilabı Keşikçiləri Korpusunun komandiri PUA ilə vuruldu – Yeni müharibə körükləndi

admin

Rus deputatdan xain açıqlama: “Ermənistan Rusiyanın müttəfiqidir və nöqtə…”

admin

İcra başçısı ehtiyac içində olan ailəyə qəzəbləndi: “Niyə bu qədər uşaq doğursan?”

admin

ABŞ-ın dövlət katibi İrana silah satmaq istəyənləri hədələdi

admin