Guninfo.az
Image default
DÜNYA

Turan Birliyi ilə bağlı ŞOK HƏMLƏ!Lavrov təcili Bakıya buna görə GƏLİR: Böyük “sürpriz” –

Rusiya Xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlişinin Azərbaycan üçün heç bir xeyri yoxdur. Onun gəlişində məqsəd, Ermənistanın xeyri üçün müəyyən addımlar atmaqdır”.

Bu açıqlamanı Metbuat.az-a Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətov edib. Siyasi şərhçi deyir ki, Lavrov Bakıya səfəri çərçivəsində bəzi məsələlərin həllinə çalışacaqdır. Amma buna nə qədər müvəffəq olacaq bəlli deyil.

“Məsələ ondadır ki, 10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən imzalanan bəyannamənin şərtlərinə Ermənistan əməl etmir. Bu baxımdan da Lavrovun Ermənistanın xeyri üçün atacağı addımların nəticəsi qeyri-müəyyəndir.

Digər məsələ odur ki, Lavrov Bakıya gəlməmişdən öncə Ermənistana gedəcək, daha sonra Moskvaya qayıdaraq orada müəyyən məsələləri, eşitdiyi sözləri saf-çürük etdikdən, müzakirələr apardıqdan sonra Bakıya qayıdacaqdır”.

Politoloq Lavrovun Bakıya səfərinin olduqca zəngin keçəcəyini bildirərək vurğuladı ki, o bu görüş əsnasında çalışacaq ki, bir neçə məsələnin həlli mümkün olsun.

“Sergey Lavrovun çərçivəsində gündəliyində çox məsələ var. Birincisi Vətən müharibəsindən sonra iki müqavilə bağlansa da onların şərtləri yerinə yetirilməmişdir. Hər iki bəyanatla bağlı görülən işlər yarımçıqdır. Həm də ikinci müqavilədən sonra, yəni kommunikasiyaların təmini ilə bağlı imzalanan bəyanat ilə bağlı Ermənistan öhdəsinə düşən işləri yerinə yetirməkdən boyun qaçırır.

Lavrovun təklif kimi irəli sürəcəyi ikinci məsələ, erməni terrorçularlarının yəni onların hərbi əsir adlandırdıqları şəxslərin qaytarılması ilə bağlı olacaqdır. Üçüncü müzakirə ediləcək məsələ minalanmış ərazilərin xəritəsinin verilməsi ilə bağlı ola bilər. Dördüncü məsələ sülhməramlıların fəaliyyətinin müzakirəsidir. Sergey Lavrov çalışacaq ki, “İsgəndər-M” raketi ilə bağlı yaranmış narahatlıqlar fonunda qaranlıq qalan məqamlara da aydınlıq gətirsin.

Qeyd edim ki, qarşıdakı günlərdə Azərbaycan-Rusiya-Ermənistan başçıları və baş naziri tərkibində bir görüşün baş tutması da gözləniləndir. Bu görüş iyun ayının 20-dən sonraya təsadüf edilə bilər”.

Turan Birliyi məsələsinin ortaya atılmasının da Rusiyanın planları ilə tərs mütənasib olduğunu bildirən siyasi şərhçi bildirdi ki ,ola bilsin ki, arxa planda bu məsələ də müzakirə edilsin. Çünki bu məsələyə Rusiya Müdafiə naziri Sergey Şoyqu və Xarici İşlər naziri Sergey Lavrovun özü də bir neçə dəfə reaksiya vermişdir. Bütün bu adı çəkilən mövzuların müzakirəsinin önəmli olduğunu vurğulayan Samir Hümbətov qeyd etdi ki, yarımçıq məsələlərin həlli iki dövlət arasında vacib əhəmiyyət daşıyır. Çünki Azərbaycanın Türkiyəyə yaxınlaşması Rusiya-Azərbaycan arasında bir qədər soyuqluğun yaranmasına şərait yaradıb və bu hələ də davam edir.

Bənzər yazılar

SSRİ-nin bərpası planı işə düşdü – Minskdə baş verənlərin pərdəarxası – ŞOK AÇIQLAMA

admin

Rusiya yeni silahlar üçün Qarabağdakı döyüşlərdən ilham alacaq – 2033-cü ilə HAZIRLIQ

admin

Baş prokurorluq Nərimanov icra başçısının QARA KASSASIN axtarışa verdi – Abdin Fərzəliyevin adı cinayət işində?

admin

ABŞ-ın dövlət katibi İrana silah satmaq istəyənləri hədələdi

admin

Atəşkəs – Rusiyanın son şansı…

admin

“Bu illər ərzində ABŞ Konqresində bircə dənə də olsun konqresmenlə əlaqə qura bilmədik ki…”

admin