Guninfo.az
Image default
DÜNYA

“Türkiyə Böyük Turanı fövqəlmilli…” – Lavrov Türkiyənin Turan planından danışdı

Hesab edirəm ki, Türkiyə Böyük Turanı fövqəlmilli bir varlıq olaraq yaratmaq məqsədi güdmür.

GUNinfo.az  xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Tarixi mənada fövqəlmilli bir varlıq olaraq Böyük Turandan danışırıqsa, düşünmürəm ki, Türkiyə belə bir hədəf güdür. SSRİ-nin keçmiş tərkib hissəsi olub, müstəqil olan dövlətlərin bu ideyanı hansısa formada dəstəkləyəcəyini görmürəm. Əksinə, onların xarici siyasətinin bütün pafosu və fəaliyyət praktikası özlərinin milli dövlətini gücləndirməkdən ibarətdir”, – Lavrov bildirib.

Lavrov qeyd edib ki, türkdilli münasibətlər mövzusu Türkiyə və müvafiq dövlətlər, o cümlədən Azərbaycan və bir sıra Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa dərindən nüfuz edib. (axar.az)

Bənzər yazılar

Ağcabədidə torpaqları əlindən alınan sahibkarların PREZİDENTƏ MÜRACİƏTİ – VİDEO

admin

Cəbhədə darmadağın olan Ermənistana bir zərbə də ABŞ-dan GƏLDİ

admin

SON DƏQİQƏ:Trampdan Dağlıq Qarabağla bağlı AÇIQLAMA

admin

Armen Qriqoryan: “Erməni xalqı bəzi məsələlərdə qərar verməkdə çox acizdir”

admin

TƏCİLİ:Xarici kəşfiyyat təcili məlumat yaydı – “Dünya müharibəsi başlayır”

admin

Yardımlı icra başçısı və müavinləri yerli sakinləri rayondan didərgin salır – PREZİDENTƏ MÜRACİƏT(VİDEO)

admin