10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
DÜNYA

Zelenski Rusiyanı belə çökdürəcək – Putinin qorxduğu həmlə gəlir

Ukrayna Rusiya ilə problemlərə son qoymaq üçün NATO-ya üzv qəbul edilmək istəyir.

Siyasi gündəmin önəmli mövzularından olan Ukraynada baş verən hadisələrə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətov Metbuat.az-a bildirdi ki, Ukraynanın fikri ondan ibarətdir ki, tez bir müddətdə NATO-nun tərkibinə qatılaraq öz təhlükəsizliyini bu yolla təmin etmiş olsun.

“Bu düşüncələr təkcə Ukraynanın istəyi ilə mümkün olan bir şey deyil. NATO dövlətləri bu məsələdə heç də birmənalı düşünmürlər. Onların bəziləri Ukraynanın NATO-ya daxil olmasını istəsə də, bəziləri bunu düzgün hesab etmir. Yəni ABŞ Ukrayna ilə bağlı müsbət fikirlərdə olsa da, Avropanın bəzi ölkələri hazırda Ukraynada baş verən gərginlikdən dolayı məsələyə isti münasibət bəsləmir.

NATO Nizamnaməsinə görə, Ukrayna bu təşkilaya üzv olarsa, onun digər üzv ölkələri də Rusiya ilə münaqişədə Ukraynaya dəstək verməlidir.

Təbii ki, bu Avropa dövlətləri üçün elə də xoşagələn hal deyildir. Öz növbəsində fikir ayrılıqları səbəbindən vahid bir qərarın qəbul edilməsi çətin görünür’’.

Məlumata görə, Ukrayna prezidenti Vladimir Zelensi, Kanada baş naziri Castin Trudo ilə telefon danışığı zamanı bu məsələni müzakirə ediblər. Bu ikili münasibətlərə dair Samir Hümbətov vurğuladı ki, o faktdır ki, hazırda Kanadada ən böyük diasporalardan biri də Ukraynaya məxsusdur. Təbiidir ki, bu halda Castin Trudo ilə Zelenskinin həmfikir olması mümkündür.

July 1, President of Ukraine Volodymyr Zelensky started his three-day visit  to Canada - Main outcomes of Trudeau-Zelensky negotiations in Toronto -  112.international

“Amma hazırda NATO-ya 30-dan artıq üzv dövlət var və onların hər birinin razılığı ilə Ukrayna təşkilata üzv ola bilər.

Hesab edirəm ki, bu məsələ bir qədər zaman tələb edir. Dərhal Ukraynanın təşkilata üzv qəbul edilməsi şübhəli görünə bilər. ABŞ-ın diplomatik cəhdlərinin önəmini də xüsusi vurğulamaq lazımdır.

Ola bilər ki, ABŞ hər hansı bir təzyiq ilə Ukraynanı NATO-ya üzv qəbul edilməsinə çalışsın amma bu da indi üçün deyil, bir qədər sonra mümkün ola bilər’’.

Bəs münaqişədə Rusiya faktoru barədə nə deyə bilərsiniz? Hər halda bu baş verənlərə görə Putinin sakit mövqe göstərməsini gözləmək inandırıcı səslənmir.

Russia-Ukraine relations after coronavirus epidemic - Russia-Ukraine  relations after coronavirus - 112.international

“Rusiyanın da bu məsələdə sakit mövqeydə tamaşaçı kimi qalacağını düşünmək doğru olmazdı.

Bir vaxt Gürcüstan da NATO-ya daxil olmaq istəyirdi. İndiki halda hesab edirəm ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi nə bugün, nə də sabah üçün real görünmür. Amma gələcəkdə bunun hansısa üsulla reallaşması mümkün ola bilər”.

В МИД заявили, что Украина быстрыми темпами движется в ЕС и НАТО | Рубрика

Qeyd edək ki, prezident Vladimir Zelenski bildirib ki, Donbassdakı münaqişəni başa çatdırmaq üçün tək yol NATO-ya üzv olmaqdır. Onun sözlərinə görə, hərbi alyansa üzvlük Rusiyanı Ukraynaya qarşı təxribatlar törətməkdən çəkindirəcək. Artıq ABŞ adminstrasiyası Ukraynanın NATO-ya üzv qəbul edilməsini dəstəkləyib. Bununla belə, son qərarı hərbi alyans verəcək.

Bənzər yazılar

ABŞ-ın ölkəmizdəki səfirliyi öz vətəndaşlarına müraciət etdi – ABŞERONU TƏRK ETMƏYİN

admin

BMT TŞ-nın iclasında ermənilərin BELİ QIRILDI

admin

XƏBƏR AZ ÖNCƏ GƏLDİ: Sərt karantin rejimi ləğv olundu?- RƏSMİ

admin

Azərbaycan AB üzvü olmaq üçün müraciət edə bilər? – Sabiq nazirdən AÇIQLAMA

admin

Paşinyan Putinə məhz belə dedi: “Dağlıq Qarabağ problemi həll olunmayıb”

admin

“Paşinyanın ən yaxşı bacardığı şey sosial şəbəkələrdə işləməsidir” – “Kommersant.ru”

admin