13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
GÜNDƏM

“44 gündə yalnız irəli və QƏLƏBƏ” – MÜDHİŞ BİRLİK

Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq öz əzəli və əbədi torpaqları uğrunda savaşaraq möhtəşəm zəfər qazandığı 44 günlük Vətən müharibəsinin –İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümü ərəfəsindəyik. Bu müharibəni qazanmaqla Azərbaycan dövləti haqlı olduğunu bütün dünyaya sübut etdi. İstər siyasi, istərsə də hərbi gücünü qürurla nümayiş etdirdi. Dövlət başçısının siyasi məharəti, güclu ordu quruluculuğu, əzmkar və qüdrətli xalqın birliyi Azərbaycanı beynəlxalq arenada qalib dövlət kimi tanıtdırdı.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibədə Azərbaycanın hər zaman bu müharibəyə hazır olduğunu, sülh tərəfdaşı kimi münaqişənin beynəlxalq qanunlar çərçivəsində həll olunmasının daha məqsədəuyğun olduğunu vurğuladı. Çox təəssüf ki, gözləntilər özünü doğrultmadı və 30 ildir ki, təcavüzə məruz qalmış Azərbaycan, torpaqlarının azad olunması uğrunda “Dəmir yumruq” adlı əks-hücum əməliyyatı ilə həyata keçirdi. Əməliyyatın “Dəmir yumruq” adı, Ali Baş Komandanın qəti və inamlı çıxışlarında ifadə etdiyi xalq və dövlət birliyinin gücünü əks etdirdi və işğalçı ölkənin qorxulu kabusuna çevrildi. Müharibənin ilk günündən Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə, Füzuli, Cəbrayıl istiqamətindəki döyüşlərdə ilk və önəmli qələbəsini əldə edərək müdafiə xəttini yarmağa nail oldu.

Döyüş əməliyyatları Ali Baş Komandanın bilavasitə rəhbərliyi ilə dövlətin güc strukturlarının gün ərzində apardıqları məsuliyyətli və çevik qərarları ilə həyata keçirilirdi və düşmən üçün gözlənilməz olurdu.

Dövlət başçısı bildirdi ki, istər 2016-cı ilin aprelində döyüş əməliyyatlarının gedişində, həmçinin 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində işğalçı Ermənistana öz imkanlarımızı çox məhdud şəkildə nümayiş etdirdik və biz erməni tərəfin işğala son qoyması barədə mühüm qərar qəbul etməsinə imkan verdik. Bununla da biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik.

Müharibənin ilk günlərində olunan qələbələr orduda böyük ruh yüksəkliyi yaratdı və Böyük Zəfərin qazanılmasında həlledici rol oynadı. 30 il ərzində işğal olunmuş ərazilərdə yaradılan istehkamlar, xəndəklər və digər müdafiə istehkamlarını məhv edərək irəliyə doğru hərəkət etmək üçün əvvəlcədən işlənib hazırlanmış mükəmməl həmlələr sayəsində başa gəldi. Azad olunmuş ərazilərdəki həmin maneələr beynəlxalq və yerli ictimaiyyətin əyani olaraq diqqətinə çatdırılır və bu da hərbi əməliyyatların nə qədər çətin şəraitdə həyata keçirildiyini sübut edir.

Azərbaycan Respublikasının Prezidenti, müsahibəsində Hadrut əməliyyatının əhəmiyyətini xüsusi ilə qeyd edərək düşmən üçün gözlənilməz zərbə olduğunu və şəhərə nəzarətin tamamilə ordumuzun əlinə keçməsini təmin etdiyini bildirdi.

Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhəri Füzuli şəhərinin azad edilməsi mühüm qələbə idi. Səriştəsiz və savadsız hərbi gedişlər nəticəsində düşmən qüvvələri hələ hərbi əməliyyatların ilk dövründə məğlubiyyətə uğradılar və Zəngilan şəhərinin alınması zamanı müqavimətə tab gətirməyərək qaçmağa məcbur oldular.

Qubadlının və Laçın rayonlarının azad edilməsi haqqında fikir bildirən dövlət başçısı rayonun cənubuna çıxmağımızın Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdiyini dedi.

“Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər.” Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri silahlı qüvvələrin misilsiz qəhrəmanlığı və igidliyi sayəsində alındı

və hərbi əməliyyatların kuliminasiya nöqtəsi oldu. Təbii ki, bu qələbə düşmənin belini qırdı və nəhayət kaputilyasiya aktına qeyri-şərtsiz imza atmasına məcbur etdi.

Azərbaycan Ordusu müasir və az itkiylə müharibə aparmağa imkan verən müasir silahlardan istifadə edən ilk ölkə kimi tarixə düşdü və beynəlxalq hərbi tədris mövzusuna çevrildi. Hələ 2016-cı ildən Azərbaycan İsrail və Türkiyədən pilotsuz uçuş aparatlarının alınması sahəsində müvafiq tədbirlər həyata keçirmişdi. Belə ki, İsraildə istehsal edilmiş “Sky Striker” adlı pilotsuz vasitələri, həm kəşfiyyat, həm də döyüş təyinatlı “Orbiter” PUA-ları, daha sonraTürkiyə PUA-lar istehsalına başlayan kimi “Bayraktar TB2”lərini almışdı. Qeyd etmək lazımdır ki, “Bayraktar”lar müharibədə əsas həlledici həmlələrin edilməsində əsas rolu oynadılar və erməni ordusunun qorxulu kabusuna çevrildilər.

Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Müharibədə ağır itkilər verərək, məğlubiyyətin qaçılmazlığını anlayan, dərk edən işğalçı respublikanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu.

27 sentyabr-10 noyabr 2021-ci il tarixində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismini və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə səddini Böyük Zəfər paradında bütün dünyaya nümayiş etdirdi və zəfərimizin nümayişi olaraq “Hərbi Qənimətlər Parkı”nda gələcək nəsillərə qələbə mirası kimi ötürüləcəkdir.

Suraxanı rayonu 118 nömrəli tam orta məktəbin müəllimi Mətanət Qarayev

Bənzər yazılar

Paşinyanın əsas rəqibləri Köçəryan və Sarkisyan HƏBSİNƏ QƏRAR VERİLDİ? – Qarabağ klanı ÇÖKDÜ

admin

ŞOK XƏBƏRDARLIQ! Bu olarsa Azərbaycan və Türkiyə Ordusu Ermənistana girəcək – AÇIQLAMA

admin

Ərdoğan xəbəri elan etdi: Yeni hava-hava tipli BOZDOĞAN raketilə dəqiq zərbələr vurduq – FOTO

admin

DƏHŞƏT:Ermənilər əsgərlərinin meyitlərini ekskavatorla qazılmış dərin xəndəyə belə gömürlər – ŞOK VİDEO + 18

admin

SON DƏQİQƏ: Hindistanla Çin arasında dəhşətli MÜHARİBƏ BAŞLADI – çox sayda ölü və yaralıların olduğu deyilir

admin

TƏCİLİ!Ermənistanda vətəndaş müharibəsi başladı – Hökumət binası MÜHASİRƏYƏ ALINDI(FOTOLAR)

admin