21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
GÜNDƏM

AXCP-dəki istefaların İÇ ÜZÜ AÇILDI – Türkiyə düşmənləri ilə birləşən Əli Kərimlidən VƏTƏNƏ XƏYANƏT



AXCP sədri Əli Kərimliyə yaxınlığı ilə seçilən və partiyanın ən aktiv fəallarından hesab edilən Fatimə Hüseynova partiyadan istefa verib.

GUNinfo.az xəbər verir ki, AXCP-də bu məlumatın gizli saxlanması və ictimaiyyətə açıqlanmaması qərarlaşdırılsa da, bunu təmin etmək mümkün olmayıb. Qeyd edək ki, son zamanlar AXCP-nin daxilində ciddi narazılıq baş qaldırdığı, adları gizli saxlanılan daha bir neçə nəfərin istefa verdiyi barədə məlumatlar var. Buna səbəb kimi, partiya daxilində mövcud mühitdən narazılığın olması, partiyanın faktiki olaraq cəmiyyət arasında nüfuzdan düşməsi, funksionerlərin və sıravi üzvlərin Əli Kərimlinin bir sıra qərarları ilə razılaşmaması kimi məsələlər göstərilir.

Partiya sədrinə qarşı irəli sürülən ittihamların əsas mahiyyəti ondan ibarətdir ki, Türkiyənin qardaş ölkə olması və Vətən müharibəsində Azərbaycana böyük dəstək verməsi fonunda cəbhəçilərin bu səpkili təbliğatı faktiki olaraq ermənilərin, yunanların, kürd separatçılarının və Türkiyəyə qarşı ardıcıl mübarizə aparan Qərb dairələrinin sevincli iddiaları ilə üst-üstə düşür.

Bu isə Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə mənfi qarşılanır və partiyanın  nüfuzuna böyük zərbə vurur.


Fatimə Hüseynova

Bir neçə gün bundan əvvəl F.Hüseynova anasının xəstəliyi ilə əlaqədar yardım istəməsi barədə sosial şəbəkələrdə məlumat  getmişdi. Onun bu məsələ ilə bağlı AXCP sədri Əli Kərimliyə də müraciət etdiyi, lakin heç bir köməklik göstərilmədiyi bildirilir. Hazırda F.Hüseynovanın istefasının bu məsələ ilə əlaqələndirilməsinə cəhdlər olunsa da, məsələ daha qəlizdir və AXCP sədrinin Türkiyənin əleyhinə verdiyi “ustanovka”nın da bunda az rolu olmayıb. Proseslərin gedişi AXCP-də narazılığın daha da artacağını və yeni istefalar olacağını deməyə əsas verir. Bu isə onu göstərir ki, Əli Kərimlinin idarəçiliyi dövründə dəfələrlə parçalanan AXCP növbəti parçalanma dövrünü yaşayır və bundan sonra partiyanın aqibəti kifayət qədər qaranlıq görünür. / azerbaycanrealligi.com

Bənzər yazılar

Əsgərlərin divarlara yazdığı yazılar Prezidentin diqqətini çəkdi – VİDEO

admin

Aşıq Namiq daha bir qadına qarşı seksual zorakılıqda İTTİHAM OLUNUR

admin

TƏCİLİ!Ermənistanda vətəndaş müharibəsi başladı – Hökumət binası MÜHASİRƏYƏ ALINDI(FOTOLAR)

admin

SON DƏQİQƏ! Qazaxın 7 kəndinin qaytarılacağı tarix BƏLLİ OLDU – Axır ki, AÇIQLANDI

admin

“Ramiz Mehdiyevin oğlu və kürəkəni də həbs edilməlidir” – ŞOK AÇIQLAMA

admin

“Azəraqrartikinti” ASC sədri, deputat Ağalar Vəliyevin TOPDAĞITMAZ SƏRVƏTİ – SİYAHI

admin