10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
GÜNDƏM

Bir qəlbdə iki can:Türkiyə – Azərbaycan

Türkiyə və Azərbaycan deyəndə Umummili Lider Heydər Əliyevin məşhur kəlamı yada düşür:
“Bir millət, iki dövlət “ bu müdrük deyim həyata, tarixə və gələcəyə hesablanıb. Biz bunu tarixin bütün
dönəmlərində görsək də, ikinci Qarabağ savaşında bir daha hiss etdik Türkiyə müharibənin ilk
günlərində bizim haqq işimizə dəstək verdi.

İki qardaş dövlətin liderlərinin yüksək iradəsi qələbəmizdə mühüm rol oynadı. Müharibədə 3-cü tərəfin müdaxiləsinin qarşısı alındı.Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın çox qətiyyətli mövqeyi və birmənalı kəskin bəyanatları buna imkan vermədi və nəticədə Azərbaycan öz göbəyini özü kəsdi. Erməni faşizminin beli qırıldı.

Ermənistan kaputilyasıya aktını imzalamağa məcbur oldu. Biz nəyin şahidi olduq? Əlbəttə Türkiyənin dünya miqyasında bir güc mərkəzi olduğunu hətta, Rusiya lideridə etiraf etdi ki, münaqişənin sona
çatmasında Türkiyənin müstəsna rolu oldu. Nəticədə biz onun şahidi olduq ki, ölkəmizdə münaqişə
zonasına nəzarət üçün, Rusiya, Türkiyə monitorinq mərkəzi yuaradıldı və bu mərkəz indi səmərəli
fəaliyyət göstərir.Pilotsuz uçuş aparatları vasitəsilə razılaşmaya necə əməl edilməsi izlənilir.Bundan
başqa, Türkiyədən yüzdən çox mütəxəssis Azərbaycana ezam olunub.İki qardaş ölkə arasında
maddi,texniki əməkdaşlıq davam edir, oradan müasir texnikalar alınıb gətirilib. Regionun inkişafı
üçün heç bir fikir ayrılığı yoxdur. Əməkdaşlıq qarşılıqlı ticarət komunukasiyalarının açılması yeni
nəqliyyat dəhlizinin yaradılması, hər iki ölkənin inkişafına yeni nəfəs verəcək.

Türk şirkətləri artıq Qarabağın yenidən qurulması işlərinə cəlb olunub.İki ölkə arasında yeni
kontraktlar imzalanıb,hərbi əməkdaşlığımız günü-gündən möhkəmlənir, yüksək səviyyəli hərbi
təlimlər ordumuzun peşəkarlığını daha da artırır.Cənab Prezidentimiz bəyan edib ki, Azərbaycanda
döyüşkən türk ordusunun kiçik modeli yaradılmalıdır və yaradılacaq.

Ermənistanın qardaş Türkiyəyə qarşı iddiaları əsassızdır. Türkiyə bizimlə həmrəylik göstərərək ,
Kəlbəcərin işğalından sonra Ermənistanla sərhədləri bağlamışdır. Artıq post müharibə dövrüdür və
Azərbaycan işğaldan qurtardığı ərazilərin bərpasına başlayıb. Ona görə də yeni reallıqda ölkəmizin
lideri Türkiyə-Ermənistan əlaqələrinin yeni müstəvidə inkişafına normal yanaşır, əlbəttə regionda sülh
və əməkdaşlıq naminə…

QEYD:Biz Türkiyə ilə həm yaxşı günün, həm də dar günün dostuyuq. Bu dostluq sarsılmazdır, dönməzdir!

Yardımlı rayon sakini Ələsgər Cəfərov

Bənzər yazılar

Nazirlikdə ŞOK ƏMƏLİYYAT: 5 yüksək vəzifəli şəxs və 241 əməkdaş bir gecədə HƏBS EDİLDİ

admin

Rusiya ilə bağlı kritik qərar: “Sentyabrın 28-də…” – İşğal planı masada

admin

Siyavuş Novruzov: “Məhəmməd Füzuliyə prezident təqaüdü təyin edilmişdi, ala bilmədi”

admin

Ramil Məcidov Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi

admin

Ermənilər Şəmkirin kəndini və Ağdamın Quzanlı qəsəbəsini raket atəşinə tutdu – TƏCİLİ

admin

Ermənilər Xocavənd rayonu istiqamətində hücuma keçdi, şəhid və YARALI VAR – MN TƏCİLİ MƏLUMAT YAYDI

admin