Guninfo.az
Image default
BANNER GÜNDƏM

Ermənistan prezidentinə cinayət işi açıldı – SON DƏQİQƏ

Ermənistanın Baş Prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi ilə bağlı cinayət işi açıb.

GUNinfo.az xəbər verir ki, bu barədə ölkənin Vəkillər Palatasının sədri Ara Zöhrabyan feysbuk səhifəsində yazıb.

O xatırladıb ki, martın 30-da 53 vəkil A.Sarkisyanın ikili vətəndaşlığının olması faktının gizlədilməsi ilə əlaqədar məlumat yayıb və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin Xüsusi İstintaq Xidməti cinayət işi başlamaqdan imtina edib. Vəkillər bu qərardan apellyasiya şikayəti veriblər.

“Şikayət əsasında Baş Prokurorluq Xüsusi İstintaq Xidmətinin qərarını ləğv edib və Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsi (sənədlərin saxtalaşdırılması, icrası və ya istifadəsi) ilə cinayət işi açıb”, – A.Zöhrabyan deyib.

Qeyd edək ki, 53 vəkilin yayıdığı məlumatda qeyd olunub ki, A.Sarkisyanın ən azı 10 il – 2003-2012-ci illərdə – Britaniya vətəndaşlığı olub. O, 2018-ci ildə Ermənistan qanunlarına zidd olaraq prezident seçilib. Belə ki,
konstitusiyaya görə yalnız seçkidən əvvəl altı il müddətində Ermənistan vətəndaşı olmuş şəxs prezident seçilə bilər.

Bir müddət öncə Vəkillər Palatasının rəhbəri A.Sarkisyanın Britaniya vətəndaşlığının yalnız 2012-ci ilin noyabrında qüvvədən düşdüyünü bildirib. A.Sarkisyan isə 2018-ci il martın 2-də prezident seçilib. Konstitusiyaya görə, onun Britaniya pasportu 2012-ci il martın 1-dən gec olmayaraq ləğv edilməli idi.

Bənzər yazılar

Rusiya ilə bağlı kritik qərar: “Sentyabrın 28-də…” – İşğal planı masada

admin

Əhmədzadə “tender canavarı”na 210 min manatlıq tender verdi (VİDEO)

admin

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

admin

TƏCİLİ!Azərbaycan ordusu yenə irəlilədi: Xocalı və Xankəndi ilə bağlı gizli razılaşma – Ermənilər ŞOKDA

admin

Türkiyə hərb sahəsində meydan oxuyur: Dünyanı vahiməyə salan sualtı gəmi hazırlandı (VİDEO)

admin

ŞOK GƏLİŞMƏ! Rusiya Ağdam, Kəlbəcər və Laçın rayonları ilə bağlı TƏCİLİ MƏLUMAT YAYDI – NƏ BAŞ VERİR

admin