19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
GÜNDƏM

ERMƏNİSTANDA kütləvi azərbaycanca danışanlar məlum oldu – ONLAR KİM(LƏR)DİR?



Kapitulyasiyadan sonra ermənilərin gözünə deyəsən hər şey cin-şeytan kimi görünür, qulaqlarına qəribə səslər dəyir. İctimai qarabasmalar yəni.

GUNinfo.az bildirir ki, sosial şəbəkənin erməni seqmentində məlumat yayılıb ki, İrəvanda Azərbaycan dilində danışan insanlar peyda olub.

Ermənistan Milli Təhlükəsizlik Xidməti tənbəllik eləməyib bununla bağlı şəhərdə operativ-axtarış tədbirləri həyata keçirib, ancaq axtarış nəticə verməyib.

Mənbənin iddiasına görə, bir sıra hallarda şəhərin küçələrində, insanların çox olduğu yerlərdə Ermənistan vətəndaşları da Azərbaycan dilində danışır. Qeyd edilib ki, bundan əvvəl bəzi hallarda Azərbaycandan olan ermənilərin azərbaycancadan istifadə elədiyi müəyyən olunubmuş.

Ermənilərin təlaşa düşməsini anlamaq çətin deyil. SSRİ dağılan kimi mono-etnik ölkəyə çevrilən, bütün digər köklü xalqları qovub bayquş kimi təkbaşına yaşayan bu mənfur tayfa yad dildə danışıq eşitməyi çoxdan yadırğayıb. Əslində isə Ermənistana azərbaycanca (türkcə) yox, məhz ermənicə danışıq yaddır.

Ötə yandan, görün Azərbaycana, Türkiyəyə nifrət nə qədər güclüdür ki, Ermənistanda “Türk” sözü bir-birini təhqir eləmək, satqınlıqda suçlamaq üçün istifadə edilir. Ələlxüsus indi – parlament seçkilərinin finişə yaxınlaşdığı vaxtda. Halbuki ermənin qurtuluşu, nəhayət, adam kimi yaşaması istəsələr də, istəməsələr də, Türkə, onun dilinə sayğıya bağlıdır.

Bədbəxtlər anlamırlar ki, Ermənistan yalnız o vaxt ağ günə çıxmış sayılacaq ki, İrəvan küçələrində Türk (Azərbaycan) dilində danışıqlar adiləşəcək. Qarabağda qalan bir ovuc erməni də eləcə.

Bundan ötrü erməni xalqının mühüm bir gerçəyi əbədiyyən əxz eləməsi qaçılmazdır. Bu da odur ki, yer üzündə hələ rifah içində olan bircə mono-etnik ölkə də yoxdur! Ermənistan da istisna olmayacaq. Çünki çoxmillətlilik bir dövlətin və ya xalqın zəifliyi deyil, üstünlüyüdür. Bundan qorxub-ürkən millət demək ki, tolerantlığa zülm etmişdir və təfəkkürü, məfkurəsi xəstədir.

Odur ki, Azərbaycanla 44 günlük savaşdan sonra da utanmazcasına status davası aparan Ermənistan heç olmasa, sovet dövründə öz ərazisində kompakt şəkildə yaşamış qərbi azərbaycanlıları öz yurd yerlərinə qaytarmaq barədə düşünməlidir. Demirlərmi ki, biz dünyanın 1 nömrəli mədəni xalqıq? O zaman mədəni xalq başqa xalqlara birgə yaşayışdan qorxmaz.

Amma baxın, Ermənistandakı seçki yarışında hazırda baş nazirliyə ən çox reytinqə malik namizəd eks-prezident Robert Köçəryandır. Xocalı hərbi canisi, vaxtilə Avropa Şurasının tribunasından “ermənilərlə azərbaycanlılar genetik olaraq birgə yaşaya bilməz” faşist tezisini səsləndirən kriminal ünsür!

Doğru, ona erməni elektoratının rəğbəti 24%-i aşmır. Ancaq o da var ki, İrəvanın mərkəzində illərdir nasist əlaltısı Qaregin Njdenin 6 metrlik abidəsi ucalır və ora ermənilər üçün az qala, pirə çevrilib.

Bu abidə durduqca, ultra-millətçi köçəryanlar da, Njdenin abidəsinin təntənəli açılışını eləmiş serj sərkisyanlar da həmişə olacaq. O vaxtadək də erməni xalqı zəlalətdən qurtulub normal toplum kimi yaşaya, bayquş ölkə statusundan qurtula bilməyəcək.

Özləri bilər. Bizdən demək…

Zahid SƏFƏROĞLU

Bənzər yazılar

SON DƏQİQƏ: İranda ard-arda DƏHŞƏTLİ ZƏLZƏLƏLƏR OLDU – BÖYÜK DAĞINTILAR VAR, Bölgədə HƏYAT DURDU

admin

Ukrayna ordusuna HÜCUM ƏMRİ: Donetskdə dəhşətli döyüşlər başladı – SON DƏQİQƏ

admin

SON DƏQİQƏ: Donetskdə şiddətli döyüşlər başladı – Ukrayna ordusunun taburlarına dəhşətli hücum / FOTOLAR

admin

Qorbaçov Bakıya niyə hücum etdi? – Vaşinqtondan göndərilən məktubun SİRRİ

admin

Yardımlı icra başçısı və müavinləri yerli sakinləri rayondan didərgin salır – PREZİDENTƏ MÜRACİƏT(VİDEO)

admin

Vətən müharibəsinin ildönümündə Azərbaycana HÜCUM HAZIRLIĞI – SENSASİON DETALLAR

Fikrət Fərhadoğlu