13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
GÜNDƏM

İran hərbçiləri pikaplarla Zəngilana GİRDİ, əsgərlərimiz 20 km geri çəkildi və… – SENSASİON DETALLAR (VİDEO)

Son günlərdə Azərbaycana qarşı qərəzli mövqeyi ilə yadda qalan İranın daha bir təxribatı üzə çıxıb.

GUNinfo.az  xəbər verir ki, bu, Vətən müharibəsi vaxtı baş verib.

“Caliber” yutub layihəsinin hazırladığı süjetlə müəyyənləşib ki, İran ordusu Vətən müharibəsi zamanı Azərbaycanın suverən ərazilərinə daxil olubmuş.

Bunun necə baş verdiyinə gəlincə, Azərbaycan ordusu Zəngilanı işğaldan azad etməyə doğru hərəkət edən vaxt bu istiqamətdə İran hərbi bölmələri ilə qarşılaşıb. Müəyyən olunub ki, cənub qonşumuz Azərbaycanın ərazi bütövlüyünə məhəl qoymadan ölkəmizin suveren ərazisinə kobud şəkildə daxil olub.

 

Məlumata görə, kiçikçaplı silahlarla özlərini qoruyan və bir neçə pikap sürən İran hərbçiləri, əvvəlcədən Azərbaycan hərbçilərinin yoluna beton sədlər qoyaraq, onların qarşısını kəsiblər. İranlıların izahı belə olub ki, guya beton səddi qoruyurlar. Bütün bunlar Azərbaycanın suveren ərazisində baş verib!

Bu zaman Azərbaycan və İran komandirləri arasında yerdəki danışıqlar nəticəsiz başa çatıb və vəziyyət qızışıb.

Bu səbəbdən ordumuzun Zəngilana istiqamətlənməsi bir neçə gün gecikib, hərbçilərimiz İran qüvvələri ilə toqquşmamaq üçün 14 km geri, Soltanlı kəndində qayıdıb və daha 20 km əlavə məsafə qət etdikdən sonra təyin olunan məntəqəyə çatıb. Aparılan gərgin danışıqlardan sonra İran hərbçiləri Azərbaycan ərazisini tərk edib.

Daha ətraflı videosujetdə tanış ola bilərsiniz.

Bənzər yazılar

DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi

admin

SON DƏQİQƏ!Kərki boşaldılır, Xocalı və Şuşanın bütün kəndləri təhvil verilir – AÇIQLAMA

admin

Qarabağda ölüm saçan silah ABŞ-ı QORXUYA SALDI – Görün NƏ ETDİLƏR…

admin

Heydər Əliyevlə Koçaryanın DİALOQU YAYILDI: “Gözünün içinə qədər yalan deyir, quldurbaşının böyüyüdür”

admin

DYP rəisi Vilayət Eyvazovun əmri ilə işdən çıxarıldı – FOTO

admin

“Çox böyük, səs-küylü yüksək vəzifəli şəxslər həbs ediləcək” – SON DƏQİQƏ AÇIQLAMASI

admin