17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
GÜNDƏM

Moskva ilə Arayikin qondarma “qanun layihəsi” – Bu şəxslər Xankəndiyə buraxılmayacaq



Xankəndidə mənzillənən separatçı rejim “işğal olunmuş ərazilər haqqında” qondarma “qanun layihəsi” hazırlayıb.

Həmin “qanuna” əsasən bundan sonra 1991-1994, 2016 və 2020-ci ildə işğaldan azad etdiyimiz ərazilərə, yəni Füzuli, Zəngilan, Suqovuşan, Cəbrayıl, Hadrut, Şuşa və digər rayonlarımıza səfər edən xaricilər “arsax”a buraxılmayacaq.

Söhbət Qarabağın yuxarı hissəsi olan Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran, Xocalı ərazilərindən gedir. Beynəlxalq axtarışda olan separatçı rejimin cinayətkar başçısı Arayik Arutyunyan və komandası Rusiya sülhməramlılarının qanadı altında Xankəndidə oturaraq belə sarsaq “qanun”lar icad etməyə başlayıblar. Beynəlxalq sənədlərdə bu ərazilərin Azərbaycanın tərkib hissəsi kimi tanındığını unudan, hətta Rusiya prezidenti Vladimir Putinin “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir” deməsini yada salmayan separatçı və kukla “respublika”nın rəhbərləri indi bu ərazilərə gələnlər üçün şərt qoyurlar. Halbuki, Xankəndiyə və digər ərazilərə gələn xarici vətəndaşlar bunu Azərbaycanla razılaşdırmalıdırlar.

“Sənəd”də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinə daxil olan ərazilərin yenidən işğal edilməsi, gorbagor olmuş “status” məsələsinin yenidən gündəmə gətirilməsi hədəflənir. İddia olunur ki, A.Arutyunyanın Rusiyaya səfərindən sonra Xankəndidəki separatçıların təlimat mərkəzi daha İrəvan deyil, Moskvadır.

Bəzi ekspertlər onu da iddia edir ki, həmin “ideyanın” müəllifi ruslardır. Çünki Şuşa Bəyannaməsi Qarabağda situasiyanı dəyişdirir, ermənilər ya Azərbaycanın bayrağı altında yaşamalı, ya da köçüb getməlidirlər…

Bundan əvvəl də qondarma rejim mövcud olduğu bölgədə rus dilinə ikinci “rəsmi dil” statusu verib. Bu, Rusiyaya yaltaqlanmaqla yanaşı həm də Moskvanın siyasətinə oxşayır. Kreml Cənubi Osetiya, Abxaziya, Dnestryanı ərazilərdə də pozucu əməlləri dolayısı ilə dəstəkləyib. Hətta onlara rus pasportları paylanıb. Dağlıq Qarabağda erməni əhalisinə də rus pasportu veriləcəyi barədə bir ara söz-söhbət dolaşırdı. Ancaq Rusiyanın bu ərazilərlə sərhədlərinin olmaması onların işini əngəlləyir.

Bununla belə, yeni qondarma qanun layihəsi Moskvadan təlimat alan Arayikin Xankəndidə rusların planlarını həyata keçirmək üçün növbəti addımlarından biri ola bilər.

Ümumiyyətlə, Azərbaycan sərhədləri daxilində dövlət suverenliyinə təhdid olan “status” istəklərinin qarşısında artıq Bakı ilə yanaşı, Ankara da rəsmi olaraq mövcuddur və Türkiyə faktoru üçüncü ölkələrin müdaxiləsinin qarşısını alır. Bu, həm də Xankəndidəki separatçıların taleyinin necə olacağını müəyyənləşdirir: ya qaçmalı, ya da zərərsizləşdirilməlidir. Separatçılar Rusiya üçün erməni qoşunlarının çıxarılmasından sonra bölgədə istifadə edəcəkləri əsas rıçaqlardandır və bəyannamə bu rıçaqları da neytrallaşdırır. Bu kontekstdə Şuşada imzaların atılmasından bir gün sonra Xankəndidə separatçıların irəli sürdüyü qondarma “qanun layihəsi” onların “sağ qalmasına” və “status” məsələsinin diri saxlanılmasına hesablanıb. Hərçənd Şuşa Bəyannaməsi belə cəhdlərin baş tutması gözləntilərini zəiflədir.

Politoloq Tofiq Abbasovun bildirdiyinə görə, 44 günlük müharibəyə qədər qondarma rejimin “xarici işlər nazirliyi” bəyanatlar yayırdı, qanun layihələrini olmayan parlamentin müzakirəsinə çıxarırdı:

“Amma bunların heç birinin hüquqi əsası yoxdur. Əgər dövlət yoxdursa, onun nə parlamenti, nə qanunları ola bilər. Sadəcə, dünyaya göstərirlər ki, guya müharibədən sonra onun orqanları fəaliyyət göstərir. Biz 44 günlük müharibə ilə sübit etdik ki,  belə bir dövlət yoxdur, bütün ideyaları puç edildi”.

T.Abbasovun fikrincə, sadəcə, bu uğuru həzm edə bilmirlər və informasiya siyasətini gücləndirirlər:

“Ərdoğan NATO sammitində dedi ki, Qarabağ məsələsi həll olunub. Bir zaman Ərdoğanın iştirak etmədiyi bir beynəlxalq tədbirdə cənab İlham Əliyev onunla bağlı məsələyə cavab vermişdi, demişdi ki, o yoxdur, mən varam. Bu dəfə Ərdoğan NATO-da bizim adımızdan danışdı. Şuşa Bəyannaməsi bölgə üçün elə bir əməkdaşlıq, dialoq təklif edir ki, Ermənistan bu modeli istəmirsə özü bilər. Ancaq biz görürük ki, onların Xankəndidə qalan tör-töküntüləri, qalıqları haradasa problem yaratmağa çalışırlar. Koçaryan bu işlərə idarəçilik edir, onu hakimiyyətə gətirmək istəyənlər revanş fikri ilə yaşayırlar. Bu da xülyadır. Onlar həmin ərazilərdə ya Azərbaycanın prinsiplərini, qanunlarını qəbul etməlidir, ya da rədd olub getməlidirlər. Sadəcə, bu sonrakı məsələdir, bir az vaxt lazımdır. Qoy seçki bitsin, bu məsələlərə baxılacaq. Ola bilməz ki, orada başqa hakimiyyət qurulsun, heç bir alternativ ola bilməz. Ona görə bu cür özfəaliyyətin təsiri, geosiyasi mahiyyəti yoxdur”.(musavat.com)

Bənzər yazılar

TƏCİLİ! Hacıbala Abutalıbovun “sağ əli” HƏBS EDİLDİ – Ağır maddələrlə HÖKM OXUNDU

admin

İrəvandan, Rusiyaya böyük köç: Ermənilər ölkəni tərk edir – FOTO/VİDEO

admin

Türkiyədən daha bir ŞOK AÇIQLAMA: “Azərbaycan ordusu BMT Təhlükəsizlik Şurasının üzv ölkələrinin şərəfini xilas edir”

admin

Əsgərlərin divarlara yazdığı yazılar Prezidentin diqqətini çəkdi – VİDEO

admin

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinə yeni müavin təyin olundu

admin

Ölkəyə narkotik maddələr gətirməyə cəhdlər çoxalıb — Vilayət Eyvazov

admin