21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
GÜNDƏM

Prokurorluqda cinayət işi açılan deputat Eldəniz Səlimov ölkədən qaçdı – ŞOK GƏLİŞMƏ



Azərbaycanda polisi döyməsi ilə cəmiyyətin kəskin qınağına tuş gələn deputat Eldəniz Səlimov telefonlarını söndürərək yoxa çıxıb. Artıq bir neçə gündür ki, onunla əlaqə saxlamaq mümkün deyil. Hətta deputat həmkarları da Eldəniz Səlimovdan xəbər tuta bilmirlər.

GUNinfo.az bildirir ki, qalmaqallı deputatın hazırda harada olması heç kimə məlum deyil, onun ölkədən qaçdığı deyilir.

Ölkə gündəmini silkələyən olay barədə danışan Milli Məclis üzvü Azər Badamov da E.Səlimovu tapa bilmir.

“Telefonu bağlı olduğu üçün əlaqə saxlaya bilməmişəm. Harada olduğu haqqında heç bir məlumat yoxdur”.

Əlaqə saxladığımız digər parlamentarilər də Eldəniz Səlimovun yerini bilmədiklərini söyləyiblər.

Qeyd edək ki, Milli Məclisin Xaçmazdan seçilən deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ictimaiyyət arasında ciddi rezonans doğurub.

Baş Prokurorluq onun deputat toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərib. Bundan əlavə, məsələ ilə bağlı Milli Məclisin növbədənkənar iclası çağırılıb.(modern.az)

Bənzər yazılar

SON DƏQİQƏ: Bərdə şəhərinə daha üç raket zərbəsi endirlidi: Ölənlər və yaralılar var – CANLI YAYIM

admin

Bakının “Laçın dəhlizi mesajı”: Xankəndində hərbi əməliyyatların başlanacağı ANONSU VERİLDİ

admin

ORDUDAN ANİ HÜCUM: Ermənilərin 4 hərbi təyyarələri vuruldu – AÇIQLAMA

Fikrət Fərhadoğlu

“Postumuz alındı, “Hytera” ratsiyası, çox sayda texnika və bütün sursatlar ƏLƏ KEÇDİ”- ERMƏNİ ORDUSUNDA QAÇHAQAÇ

admin

SON DƏQİQƏ! Ordumuz hərəkətə keçdi: Döyüş təyyarələri və PUA-lar havaya qaldırıldı – FOTO

admin

Tovuzda növbəti gərginlik — Düşmən iriçaplı pulemyotları işə saldı

admin