19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
GÜNDƏM

Qalib xalqın Müzəffər Ordusu – Araz Qurbanov YAZIR



Dövlətin ordu quruculuğunun ölkə tarixində və ərazi bütövlüyünün təmin olunmasında nə qədər əhəmiyyətli olduğunun, 2020-ci ilin sentyabr-noyabr aylarında, 44 günlük Vətən Müharibəsinin zəfər çalan nəticəsi və torpaqlarımızın düşmən tapdağından azad olunması ilə əyani şahidi olduq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əbəs yerə öz çıxışında “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!” fikrini səsləndirməmişdir.

Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilməsi ilə ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılmasının və inkişafının əsas mərhələsi başlamış oldu. Bu mərhələ Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Prezident İlham Əliyevin siyasətinin strateji istiqamətlərindən biri olaraq qalmaqdadır.

Son illər qısa müddət ərzində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri 1200 adda müxtəlif növ silah sitemlərinin, o cümlədən atıcı silahların (xüsusilə, snayper tüfənglərinin), sursatların, optik cihazların, minaların, aviasiya bombalarının, zirehli maşınların, kəşfiyyat-patrul maşınlarının, “Orbiter”, “Aerostar-BP”, “Pegasus” və “Zərbə”tipli pilotsuz uçuş aparatlarının və digər hərbi və mülki təyinatlı avadanlıqların kütləvi istehsal prosesini tam mənimsəmiş, MSN-in yarandığı dövründən indiyə qədər iki milyard manata qədər dəyərdə məhsul istehsal edilmişdir ki, bunların da 90%-dən çoxu hərbi təyinatlı məhsullardır.

Aparılan uzaqgörən siyasət nəticəsində Azərbaycan bir çox hərbi texnika və silahı özü istehsal etməyə başlamışdır.

Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmaması, yaralı əsgər və zabitlərimizin hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən “bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq” xahişləri, Azərbaycan gənclərinin yüksək döyüş ruhundan xəbər verirdi. Təbii ki, bu ruhun təməlində Azərbaycan Ordusu üçün yaradılmış müasir şərait və maddi-texniki təminat dururudu.

Bu gün güclü maddi texniki bazaya malik olan, yerli silah istehsal edən, iqtisadi dayanıqlı və ən əsası da yüksək vətənpərvərlik ruhuna malik şəxsi heyətə malik Azərbaycan Silahlı Qüvvələrini qeyd-şərtsiz olaraq regionun ən güclü ordusundan biri olaraq adlandırmaq mütləqdir.

“Atlet” Taekvondo İdman Klubunun direktoru -Araz Qurbanov

Bənzər yazılar

“Xanıkəndində yaşayan ermənilərin İravana aidiyyatı yoxdur, bizim üçün Qarabağ bitdi” – Qalstyandan ŞOK AÇIQLAMA

Fikrət Fərhadoğlu

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

admin

NATO-dan “Defender Europe 2021” ƏMƏLİYYATI:100 hərbi təyyarəyə HÜCUM ƏMRİ – Avropada həyacan təbili

admin

Prezidentin təyin etdiyi yüksək vəzifəli məmur işdən çıxarıldı – YENİ TƏYİNAT

admin

Bu olay erməniləri şirnikləndirdi: Laçın dəhlizində mülki post qurulur? – TƏCİLİ AÇIQLAMA

admin

SON DƏQİQƏ! HƏRBİ ÇEVRİLİŞ:Prezident sarayı ələ keçirildi – Şiddətli atışma gedir / ÖLKƏ ŞOKDA

admin