13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
GÜNDƏM

Rusiya qəfil RAZILAŞMANI POZDU: Minlərlə hərbçi, çoxsayda texnika – Hulusi Akardan TƏCİLİ AÇIQLAMA

Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiyanın Suriyanın şimalındakı İdlib bölgəsinə son günlər artan hava zərbələrindən narahatlıq ifadə edib. Nazir bəyan edib ki, bu hava hücumları Rusiya ilə imzalanmış memoranduma ziddir.
GUNinfo.az  xəbər verir ki, Hulusi Akar bu bəyanatla prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə sentyabrın 29-da baş tutacaq kritik danışıqları ərəfəsində, Müdafiə Nazirliyində keçirilmiş müşavirədə çıxış edib. Həmin danışıqlarda əsas mövzulardan biri İdlib olacaq.
“Biz Rusiya ilə razılaşmanın prinsiplərinə sadiqik və onlara diqqətlə əməl edirik. Amma son vaxtlar hava hücumlarının sayı artıb. Biz bəyan edirik ki, bu qarşılıqlı anlaşma memorandumuna uyğun deyil. Bununla bağlı danışıqlar bütün səviyyələrdə davam edir”,-Hulusi Akar bildirib.
Bu arada Rusiya mənbələri Suriyadakı Hmeymim aviabazasına yenidən Tu-22M3 strateji bombardmançılarının endiyini xəbər verir. Bu təyyarələrin İdlibdəki müxalif yaraqlıların möqelərinə taktiki zərbələrin endirilməsi üçün göndərildiyi təxmin edilir. Bundan əvvəl isə Türkiyə Suriyanın şimalına əlavə olaraq minlərlə hərbçi və çoxsaylı texnika yeritmişdi.
Xəbərlərə görə, Əsəd ordusu Rusiyanın dəstəyi ilə İdlibə yeni hücuma hazırlaşır.KAİM.az 

Bənzər yazılar

SON DƏQİQƏ! DTX-dan XÜSUSİ ƏMƏLİYYAT – Hərbi komissar rüşvətə görə HƏBS OLUNDU

admin

İsraildən Azərbaycana NÖVBƏTİ DƏSTƏK: Elə cihaz verilr ki, minalar bir anda AŞKAR OLUNACAQ

admin

Laçın dəhlizindən erməni hərbçilər qruplar halında Qarabağa girir – Kremlin yeni müharibə PLANI…(AÇIQLAMA)

admin

“Erməni qoşunları çıxarılır, Türkiyə Qarabağda patrul xidmətinə başlayır” – AÇIQLAMA

admin

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

admin

SON DƏQİQƏ!Moskva və Yerevan Zəngəzurla bağlı razılığa gəldi

admin