19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
GÜNDƏM

Rusiya və Ermənistan ŞOKDA – Bakı və Ankaraya bu iki supergücdən dəstək



“Qlobal miqyasda yollar və kommunikasiyalar uğrunda mübarizə başlayıb. Ermənistan bir neçə mərkəzin apardığı bu mübarizənin ortasında qalıb”.

Kanal.az xəbər verir ki, bunu erməni beynəlxalq təhlükəsizlik məsələləri üzrə mütəxəssis Armen Manvelyan deyib.

Onun sözlərinə görə, bölgədə – Ermənistan və Azərbaycan arasında sərhədlərin və kommunikasiyaların açılması yalnız 1980-ci illərin sovet xəritələri əsasında mümkündür.

Mütəxəssis, Azərbaycanın təzyiqlərlə Ermənistanı güzəşt və razılaşmalara məcbur etdiyini iddia edib. Manvelyanın sözlərinə görə, indi Azərbaycan sərhədləri tanımaqdan və Ermənistanı Qarabağa olan iddiasından imtina etdirməsindən savayı başqa bir hədəfi də var – Zəngəzur dəhlizini açmaq: “Azərbaycan tərəfinin bütün mübarizəsi buna yönəlib”.

Ekspert Azərbaycanla yanaşı, Türkiyənin də əsas gündəminin Zəngəzur dəhlizi olduğunu bildirib: “Azərbaycan Ermənistandan fərqli olaraq, məqsədlərini, atdığı addımları və hesablamaları bilir. Azərbaycan gündəmi budur: iqtisadi baxımdan onlara sərfəli olan Zəngəzur dəhlizini açmaq vacibdir. Beləliklə Azərbaycan Mərkəzi Asiyadan daha çox mal tranziti həyata keçirə biləcək və bu, Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin bir hissəsi olacaq”.

Ekspert Çinin bu məsələlərin həllində Türkiyə və Azərbaycanı dəstəklədiyini söyləyib: “Qlobal miqyasda yol və kommunikasiyalar uğrunda mübarizə gedir. Çin üçün Qərbə mal tədarük edə bilməsi çox vacibdir, buna görə də Türkiyə-Azərbaycan tandeminin irəli sürdüyü hər hansı layihə Pekin üçün faydalıdır.

Burada ABŞ və Rusiyanın mövqeləri də çox önəmlidir. Əlbəttə, ABŞ baş verənlərdən faydalanır, çünki nəticədə Moskvanın bölgədəki təsiri zəifləyir. Vaşinqton Türkiyə vasitəsi ilə İrana təzyiqi artırmaq üçün Sünik (Zəngəzur) üzərində nəzarətini qurmağa çalışır. Amma Rusiya da yolların açılmasına qarşı deyil, çünki onun nəzarəti altındadır”. / Teleqraf

Bənzər yazılar

Gələn həftədən “SMS icazə” ləğv ediləcək? – AÇIQLAMA

admin

15 erməni hərbçi mülki geyimdə Laçın dəhlizindən keçərək Əsgəran gedərkən saxlanıldı – TƏCİLİ

admin

Azərbaycan-İran sərhədində silahlı çatışma – ÖLƏN VAR

admin

“Şəhidlər ölməz vətən bölünməz” – Türk əsgərinin səsi Bakıda “Azadlıq Meydanı”nı bürüdü – ANBAAN VİDEO+FOTO

admin

TƏCİLİ! – Kərki kəndində QAÇHAQAÇ düşdü: Ermənilər təşviş içində “Türk ordusu gəlir…”- ŞOK GƏLİŞMƏ

admin

AMEA kobud səhvə YOL VERDİ – FOTOFAKT

admin