10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
GÜNDƏM

SON DƏQİQƏ! Fransa mətbuatı Ermənistanı İFŞA ETDİ: Qarabağda döyüşən Fransa vətəndaşları…

Qarabağda döyüşən Fransa vətəndaşları ilə bağlı ilkin istintaqa start verilib. “Report”un məlumatına görə, bu barədə “General de Europe” jurnalında məqalə dərc edilib. 

Məqalənin müəllifi Yaxın Şərq üzrə mütəxəssis, siyasi elmlər doktoru Sebastyan Bussua qeyd edib ki,  2020-ci ilin sentyabrın 27-də Qarabağda hərbi əməiyyatlar başlayanda  onlarla fransız  Ermənistan ordusuna kömək, separatçı rejimi  müdafiə etmək üçün müharibə zonasına yollanıb. Müəllif xatırladıb ki, həmin şəxslərin əksəriyyəti erməni əsilli olsa da, Fransa vətəndaşlarıdırlar və onların bu hərəkəti tamamilə qanunsuzdur.

Saxta.info Fransa mediasında əksini tapan bu məlumatın  reallığı əks etdirib-etdirmədiyini yoxlayıb.

Fransa vətəndaşlarının Qarabağda Ermənistan tərəfdən döyüşdüyünə dair hələ İkinci Qarabağ müharibəsinin ilk günlərində məlumat yayılıb, dəlillər təqdim olunub.

Azərbaycan  Baş Prokurorluğu  2020-ci il oktybar ayının  9-da Fransa vətəndaşı Artur Oqanisyanın cinayət əməllərinə dair məlumat yayıb.  Məlumatda bildirilib ki, araşdırma zamanı  Artur Oqanisyanın  Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girdiyi məlum olub. Daha sonra o, cinayətkar birlik tərkibində birləşərək  Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni, Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlib.  Burda  separatçı rejim tərəfdən Azərbaycan qarşı dpyüşlərdə iştirak edib. Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi başlanıb. Onun barəsində Fransanın səlahiyyətli qurumlarına sorğular göndərilib.

2020-ci il oktyabrın 14-də  Azərbaycan Baş prokurorluğu “ASALA” terror təşkilatının üzvü Fransa vətəndaşı Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət dəstənin Azərbaycan ərazisində törətdikləri cinayət əməllərinə görə cinayət işi açıb.  Prokurorluğun bu barədə yayadığı məlumatda bildirilib ki,  Minasyan və dəstəsi  hərbi təcrübəyə malik olub. Onlar Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girərək Ermənistan ərazisindən Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlib, burada “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejim tərəfdən Azərbaycana qarşı döyübülər.  Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

Yeri gəlmişkən, “Asala” terror təşkilatının üzvü olan Minasyan 1980-ci illərdə  dəfələrlə terror aktlarında iştirak etdiyinə görə Fransada məhkum edilib. Hətta onun ömürlük həbsdən yayınfığı bildirilir.

Qeyd edək ki, 64 yaşlı Gilbert Minasyanın  Qarabağa ermənilər tərəfdən döyüşməyə gəldiyinə dair Fransanın «Liberation» qəzeti  11 oktybar 2020-ci ilində  məlumat  yayıb. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də qəzetdə dərc olunan məqalənin linkini Tvitter hesabında paylaşaraq, Fransa hökumətini lazımi tədbirlər görməyə çağırıb.

Bundan başqa Azərbaycan Baş prokurorluğu   Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edən “Zouaves Paris” qruplaşmasının lideri barəsində cinayət işi açıb. Prokurorluğun  bununla bağlı  2020-ci il noyabrın 4-də yaydığı məlumatda bildirilib ki, aparılan araşdırmalarla Fransa vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan Fransanın ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri Marc de Cacqeray-Valmenier-in (Mark De Kakkere-Valmenirin) və digərlərinin də  Ermənistan vasitəsilə Dağlıq Qarabağ, Xankəndinə gəldiyi, burada Ermənistan tərəfdən muzdlu kimi döyüşlərdə iştirak edib.  Bu faktla da bağlı cinayət işi açılıb və  Azərbaycan Baş Prokurorluğu Fransanın aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatət göndərib.

Qeyd edək ki,  Valmeinierin İkinci Qarabağ müharibəsi ərəfəsində əlində Kalaşnikov avtomatı ilə kamuflyajda çəkdirdiyi şəklini yayılmlışdı.  Şəkildə  onun sinəsində erməni bayrağı və  SS faşist birləşmələrinin istifadə etdiyi simvolika  var.  Fotoşəkildə “İstiqamət: cəbhə” yazılıb.

Ötən il noyabr ayının 30-da Fransanın “Liberation”  qəzetində dərc edilən məqalədə   Valmeinierin birmənalı olaraq özünü faşist kimi tədqim etdiyi qeyd olunub.

Bu arada qeyd edək ki, ötən il noyabrın 20-də, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Fransadakı səfirliyi erməni və qeyri-erməni mənşəli Fransa vətəndaşlarının Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfdən  döyüşməsi faktlarına dair istintaq aparılması üçün bu ölkənin hüquq-mühafizə orqanlarına müraciət  edib.

Azərbaycan tərəfi həmçinin Qarabağda Ermənistan tərəfində döyüşən bir sıra xarici vətəndaşlar barədə beynəlxalq axtarış elan edib.  Baş prokuror Kamran Əliyev 2020-ci il noyabrın 30-da verdiyi açıqlamada deyib ki,  Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistan tərəfində muzdluların iştirakı faktı ilə bağlı 6 cinayət işi açılıb.

Qeyd edək ki, Azərbaycan tərəfi  Fransa vətəndaşlarının Qarabağda Ermənistan tərəfdən döyüşmək üçün gəlməsini həm də Azərbaycanın sərhədinin pozulması kimi qiymətləndirib. Bununla bağlı  Baş prokurorluğun yaydığı  məlumatda həmin şəxslərin Ermənistandan Qarabağa gəlmələrini  “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olduğu bildirilib. Həmçinin bu, Azərbaycanın beynəlxalq səvəiiədə tanınan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının  qətnamələrində təsdiqlənən ərazi bütvlüyünün, dövlət sərhədinin pozulması kimi qiymətləndirilib.

Xatırladaq ki,  Fransa İkinci Qarabağ Müharibəsi dövründə ermənipərəst mövqe namayiş etdirib. Amma bununla belə müharibədən bir qədər sonra,  ötən il noyabr ayının 22-də Fransa prezidenti Emmanuel Makron  Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib.  Onun bu etirafı ilk olaraq instaqram səhifəsində paylaşılıb.

 

Saxta.info sadalananlara əsaslanaraq  bu qənaətə gəlib ki,  Fransa vətəndaşlarının Ermənistan ordusuna kömək məqsədilə Qarabağa gəlmələrinə dair  Fransa mətbuatında əksini tapan açıqlama reallığı əks etdirir.  Xüsusilə məqalənin müəllifi Sebastyan Bussuanın “həmin şəxslərin əksəriyyəti erməni əsilli olsa da, Fransa vətəndaşlarıdırlar və onların bu hərəkəti tamamilə qanunsuzdur” fikri dəqiq ifadə olunub.

Bənzər yazılar

GECƏNİN ACI XBƏRİ:Xalq artisti Rafiq Hüseynov(Rəmiş) VƏFAT ETDİ – SON DƏQİQƏ

admin

Türkiyə hərb sahəsində meydan oxuyur: Dünyanı vahiməyə salan sualtı gəmi hazırlandı (VİDEO)

admin

TƏCİLİ!Erməni terrorçuları Kəlbəcərədə- Rusiya sülhməramlılarına və hərbçilərimizə qarşı təxribat hazırlanıb?

admin

SON DƏQİQƏ! Operativ Qərargah MÜHÜM MƏLUMAT YAYDI – Bütün rayonlarda…

admin

Operativ Qərargahdan “evdə qal” karantini: Bu tarixdən “sms icazə” sistemi… – AÇIQLAMA

admin

Putindən sərt qərar:Dəhşətli müharibə başladı – Bombardımançı təyyarələr Ukrayna hava məkanına GİRDİ – SON DƏQİQƏ

admin