21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
GÜNDƏM

SON DƏQİQƏ! Rusiya MN-dən Xocavənddəki partlayışla bağlı TƏCİLİ AÇIQLAMA



“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Guninfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin iyulun 13-nə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.

Bildirilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

“Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

12 iyul tarixində Martuni (Xocavənd – red.) bölgəsində ortaq axtarış qrupu tərəfindən həyata keçirilən müharibədə öldürülənlərin cəsədlərinin axtarışı zamanı, Ermənistan silahlı qüvvələrinin bir nümayəndəsi piyada əleyhinə minanın partlaması nəticəsində yaralanıb. Axtarış qrupuna daxil olan Rusiya sülhməramlı kontingentinin tibb işçiləri və Azərbaycanın Silahlı Qüvvələrinin birgə səyləri ilə ona ilkin tibbi yardım göstərilib və Martuni qəsəbəsindəki ən yaxın tibb müəssisəsinə təxliyyə olunub. Ermənistan silahlı qüvvələri nümayəndəsinin vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur” – açıqlamada qeyd edilib.

Məlumata görə, Rusiya sülhməramlı bölmələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin iki karvanını müşayiət edib:

“Madagiz (Suqovuşan – red.) – Getavan – Vəng marşrutu boyunca bir karvan və geriyə bir karvan müşayiət olunub”

Bildirilib ki, Rusiya sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər:

“Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işləri davam etdirirlər. Gün ərzində Martuni rayonunda 3 hektar ərazi təmizləndi.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 2.182 hektar ərazi, 657.3 km yol, 1.892 bina partlamamış hərbi sursatlardan təmizlənib, 25 677 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib”.

Sonda qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır. / Modern.az

Bənzər yazılar

Ordumuz ŞUŞAYA BELƏ GİRDİ: ermənilər GÖRÜNTÜLƏRİ YAYDI – VİDEO

admin

HƏR KƏSİN GÖZLƏDİYİ QƏRAR VERİLDİ:Azərbaycan və Türkiyə arasında mühüm Hərbi Protokol imzalandı

admin

TƏCİLİ:Şuşa və Xankəndidə erməni ordusu mühasirəyə alındı – “Təslim olun, geriyə yol yoxdur!”

admin

SON DƏQİQƏ! Zəngəzur bu qaydada Azərbaycana qaytarılır – AÇIQLAMA

admin

Ərdoğandan erməni patriarxa çağırış: Qarabağdan sonra…

admin

ŞAD XƏBƏR!Ordumuz Qara gölü tam NƏZARƏTƏ götürdü: erməni hərbi məntəqəsində Bayrağımz dalğalanır – VİDEO

admin