13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
GÜNDƏM

Sülh istəyib, bütün razılıqlara geden Paşinyana qəsd – Hiyləgər PLAN

Ermənistan formal müstəqilliyinin 30-cu ildönümünə ən acınacaqlı göstəricilərlə gəlib; erməni lobbisi isə böyük sülhü əngəlləmək üçün hərəkətə keçib; bu gün ölkə qarışa bilər…

Bu gün – sentyabrın 21-i Ermənistanın olmayan dövlət müstəqilliyinin 30-cu ildönümüdür. Yəni formal bir ildönümü. Taleyin məzhəkəsidir ki, dünyanı “Böyük Ermənistan dövləti” sərsəmləməsi ilə, tarixdə guya çoxsaylı dövlətlər yaratdıqları barədə absurd iddialarla bezdirən ermənilər üç on illikdir özlərinə suveren dövlət qura bilmirlər.

Sərt gerçəklik belədir ki, Ermənistan hələ də Rusiyanın vassalı, ucqar quberniyası, lap dəqiqi, müstəmləkəsi olaraq qalır.

Onun “müstəqilliyi” hətta Rusiyanın Həştərxan vilayətinin müstəqilliyindən də zəifdir. Niyə?

Çünki keçən 30 ildə Ermənistanın siyasi elitası, erməni xalqının önündə gedənlər hələ də real siyasətlə yox, ucuz siyasi populizmlə, öz xalqına yalanlar danışmaqla, onu aldatmaqla məşğuldur və dövlət qurmağın əlifbasını mənimsəyə bilməyiblər. Bu da odur ki, dövlət olmaq üçün öncə qonşularla normal münasibətlər qurmaq lazımdır, nəinki onlara qarşı dövlət səviyyəsində ərazi iddiası siyasəti aparmaq.

2-ci Qarabağ müharibəsindən sonra erməni xalqının, onun rəhbərliyinin əlinə məhz belə bir unikal fürsət düşüb. Amma ondan dərhal yararlanmaq əvəzinə, 11 aydır fikirləşir, özləri üçün uzağa gedən, fantastik və əcaib nəticələr çıxararaq, şanslarını fövtə verirlər. Bu yöndə təbii ki, revanşist və faşist qüvvələr xüsusilə seçilir.

Təsadüfi deyil ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Ermənistan baş naziri Nikol Paşinyanın onunla görüşmək istəməsi barədə açıqlaması Ermənistandakı qara və xəbis qüvvələrin əlinə Paşinyana qarşı növbəti hücuma keçmək üçün təzə bəhanə verib. Paradoksa fikir verin: həm Nikol Paşinyanı ölkəni fəlakətli duruma salmağa görə ittiham edirlər, həm də bu vəziyyətin əsas səbəbinin – qonşularla düşmənçiliyin və bu düşmənçiliyin doğurduğu blokadanın sonlamasına qarşı gedirlər. Xəstə, anormal düşüncə necə olur ki…

*****

Xatırladaq ki, ötən həftəsonu Ərdoğan Ermənistanla sərhədlərin tezliklə açılmasını istisna eləməyib. Lakin bundan ötrü rəsmi İrəvanın konkret addım atmasının, məsələn, Zəngəzur dəhlizinin açılmasını ilkin şərt kimi irəli sürüb.

“Əgər Tayyib Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar”, – deyə Ərdoğan vurğulayıb və ümid etdiyini bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq.

Əfsus ki, radikal erməni müxalifəti və onun arxasında duran xarici qüvvələr, özəlliklə Türk-erməni barışığında maraqlı olmayan erməni lobbisi dəhlizin erməni xalqına az qala faciə gətirəcəyi, hətta erməniləri türklərin quluna çevirəcəyi barədə cəfəng iddialar irəli sürür, onsuz da beyni anti-Türk virusundan əziyyət çəkən bədbəxt xalqı, nəhayət, düz seçim eləməyə qoymurlar.

Söz düşmüşkən, dünən Paşinyanın mətbuat katibi bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə təmaslara başlamağa və səmərəli iş olarsa, zirvə görüşünə hazırdır…

*****

“Bu gün barışıq üçün həqiqətən böyük şans var. Və bu istiqamətdə işlər aparılır. Söhbət təkcə diplomatik münasibətlərin bərpasından getmir, ölkələr arasında iqtisadi, mədəni əlaqələr də qaydaya salına bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri türkiyəli politoloq Engin Özer söyləyib.

O, Ankaranın İrəvandan ilk addımı gözlədiyini qeyd edərək deyib: “İrəvan Qafqazda nəqliyyat əlaqələrinin, xüsusən də Zəngəzur dəhlizinin tamamilə açıldığını elan edən kimi Türkiyə qarşılıqlı addımlar atacaq. Ölkələr arasında nəqliyyat əlaqələri artıq qismən açılıb. Bildiyimiz kimi, hazırda Azərbaycan və Türkiyə təyyarələri Ermənistan ərazisi üzərində uçur. Cənubi Qafqazın hava məkanı açıqdır. Bu, dialoqa doğru ilk kiçik addımdır”.

Ekspertin qənaətincə, Ermənistanın kommunikasiyaların və Zəngəzur dəhlizinin açılması ilə bağlı bəyanatının ardınca Türkiyənin cavab addımı Ankara tərəfindən İrəvana tətbiq olunan iqtisadi embarqonun qaldırılması olacaq. “O zaman İrəvan əlbəttə ki, heç bir beynəlxalq ticarət bəyannaməsi olmadan Azərbaycan ərazisindən Ermənistana keçməyə çalışan İran yük maşınlarından yüzdə yüz imtina edəcək. Otuz il ən ağır iqtisadi embarqo şəraitində yaşayan və tamamilə Gürcüstandan tranzitdən asılı olan Ermənistan özünü hazırda heç də rahat hiss etmir… Birbaşa dialoq həmişə münaqişədən yaxşıdır və düşünürəm ki, bir neçə ay ərzində Ermənistanla dövlətlərarası münasibətlərin bərpası məsələsi öz həllini tapacaq. Bundan əlavə, hazırda Ermənistandan olan ən azı 60 min erməni Türkiyədə yaşayır və işləyir. Sərhədlərin açılması və münasibətlərin normallaşması ilə əmək miqrasiyasının axını daha da güclənəcək”, – deyə o əlavə edib.

*****

Bu arada Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrupunun Rusiyadan olan həmsədri Aleksey Overçuk İrəvanda bəyan edib ki, tərəflər bölgədəki nəqliyyat və iqtisadi əlaqələri bərpa eləməkdə qərarlıdır. Onu da deyib ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat marşrutlarının açılması Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin artmasına gətirəcək. O, işçi qrupunun bu yöndə fəal çalışdığını da söyləyib.

Rusiyalı tanınmış ekspert İqor Korotçenko isə regionda kommunikasiyalaırn açılmasına və qonşu ölkələr arasında əlaqələrin bərpasına, bütövlükdə böyük sülhə ən böyük təhlükə kimi erməni lobbisini görür və xəbərdarlığını edir.

“İndiki mərhələdə Rusiya da daxil, bütün ölkələrdəki erməni lobbisinin əsas vəzifəsi Azərbaycanı Rusiya ilə toqquşdurmaqdır, özü də imkan daxilində hərbi təxribat yolu ilə” – Korotçenko söyləyib.

Onun sözlərinə görə, bu gün erməni lobbistləri hər yerdə pozucu fəaliyyət göstərir, informasiya “püskürmələri” və təxribatları edirlər ki, bu da silahlı təxribata hazırlıq planının tərkib hissəsidır: “Erməni lobbisinin bəzi ölkələrin xüsusi xidmət orqanlarındakı güclü mövqelərini, habelə İrəvanda revanşistlərin olduğunu nəzərə alsaq, belə bir planın bu və ya digər şəkildə hazırlandığını və həyata keçirilə biləcəyini istisna eləmək olmaz. Buna paralel, Azərbaycanı ləkələmək, onun Rusiyaya qarşı qoymaq, Rusiya mediasında Azərbaycanla bağlı mənfi informasiya mühiti formalaşdırmaq və ondan düşmən obrazı yaratmaq məqsədilə informasiya əməliyyatları aparılır. Hazırkı mərhələdə güdülən hədəflər, vəzifələr bunlardır”.

Korotçenko erməni lobbisinin təşəbbüsü ilə Paşinyana edilən hücumları da diqqətdə saxlamağı vacib sayır: “Paşinyan erməni lobbisini qane eləmir. Hətta sosial şəbəkələrdə onun fiziki məhvi ilə bağlı çağırışlar olub. Üstəlik, iri erməni lobbistləri bunu açıq şəkildə ifadə ediblər və yeri gəlmişkən, təəccüblüdür ki, hələ heç kim heç bir şəkildə buna görə məsuliyyətə cəlb edilməyib”.

Rusiyalı analitik sonda bildirib ki, 30 ildə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhvinə səbəb olan erməni ideologiyasının əsl simasını göstərmək lazımdır. “Bu, Azərbaycan şəhərlərinə qarşı soyqırımı idi. Hətta alman faşist işğalçıları da sovet ərazisində erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdiyi kimi vəhşiliklər etməyiblər”, – Korotçenko əlavə edib.

Bununla belə, Bakı və Ankara bu vəhşi qəbiləyə yenə sülh əlini uzadıb, “xilas kəməri” atıb. Görək, bu dəfə seçimləri nə olacaq… /yeni musavat/

Bənzər yazılar

Rusiya ilə sərhəddə azərbaycanlı həmvətənlərimiz gülləbaran edildi? – Dağıstan mətbuatı şok məlumatlar yaydı (VİDEO+FOTO)

admin

TƏCİLİ!Ermənistanda vətəndaş müharibəsi başladı – Hökumət binası MÜHASİRƏYƏ ALINDI(FOTOLAR)

admin

Cavid Qurbanovun Azrbaycandan, Çexiya və Slovakiyaya uzanan BİZNESİ… – Fotolar

admin

Ermənistan ÇALXALANIR – Paşinyana hücum əmri verildi – SON DƏQİQƏ

admin

TƏCİLİ!Ordumuz “Karabah Telekom”un qüllələrini ələ keçirdi – Xankəndində ÇAXNAŞMA

admin

Bu icra başçısının 3 milyon dəyərində şəxsi baxçası və inanılmaz əmlakı üzə çıxdı – SİYAHI

admin