13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
GÜNDƏM

ŞUŞADA TARİX YAZILIR: Iki qardaş ölkə HƏRBİ GÜCÜNÜ də birləşdirdi – Rusiya və Ermənistan ŞOKDA

Qaynarinfo xəbər verir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Şuşa Bəyannaməsində silahlı qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır.
Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.
Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Bənzər yazılar

5-ci kolon HƏRƏKƏTLƏNDİ! Qərərgaha çevrilən Ramiz Mehdiyevin kabinetində gizli toplantılara kimlər qatılır? – SİYAHI

admin

Türkiyə Qarabağda PKK -ya qarşı antiterror əməliyyatına başlamalıdır – hələ də təslim olmayan terrorçular

admin

Ramil Məcidov Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi

admin

Ərdoğan xəbəri elan etdi: Yeni hava-hava tipli BOZDOĞAN raketilə dəqiq zərbələr vurduq – FOTO

admin

Ermənilər Goranboyda HƏRƏKƏTƏ KEÇDİ – RƏSMİ

admin

Bakıda VİP style estetik, ASTHETİK LAB klinikasının fırıldağı İFŞA OLUNDU – VİDEO

admin