31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
GÜNDƏM

TƏCİLİ!Erməni diversant əsirlər Paşinyanın oğlu ilə dəyişdirilir? – Az öncə Aşot Paşinyan ELAN ETDİ

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün tərəfdarları ilə görüşdə indiyə qədər əsir götürülmüş erməni diversantların sərbəst buraxılması qarşılığında, oğlu Aşot Paşinyanı Azərbaycana verməyə hazır olduğunu bəyan edib.

GUNinfo.az xəbər verir ki, erməni baş nazir bunu emosional vəziyyətdə deyil, rəsmi olaraq bəyan etdiyini və Azərbaycandan cavab gözlədiyini bildirib.

Az öncə isə Nikol Paşinyanın oğlu Aşot sosial şəbəkələr vasitəsi ilə açıqlama yayıb. “Əsir götürülmüş Ermənistan əsgərlərinin azad edilməsi qarşılığında Azərbaycana yola çıxmağa hazıram. Buna hər zaman hazır olacam. Bəzi siyasi çevrələr bu mövzudan sui-istifadə edərək, vətənimizə xidmətlər çərçivəsində öz mənliyimizi, ailəmizin qırmızı cizgilərinin olduğuna inanır. Ermənistan Rrespublikasının olduğu yerdə vətən vardır. Gələcək vardır. Bizim qırmızı cizgilərimiz yoxdur. Savaşmağa, fədakarlığa, ölməyə hazırıq”.

Aşot Paşinyan daha sonra deyib ki, bir çoxları “anlaşma” olduğunu iddia edir. “Lakin hər dəfə susdum. Bir daha deyirəm, hər an hazıram. Buraxın anlaşsınlar. Əks təqdirdə, danışıqları və ifadələrinə rəğmən, dürüstlüyümüzdən, hər şeyi fəda etməyimizdən əsla şübhə etməsinlər. Belələri, şübhə edənlər, ucuz şantajla məşğul olanlardır”. / JAMAZ.İNFO

Bənzər yazılar

Şuşa qalası həndəvərində döyüşlər gedir – erməni “müdafiə ordusu” komandanı: “İrəvan bizi satdı”

admin

Ramazan Mirzəyevin “qara kassası” Rəşadın “xidmətləri” nəticəsində faktların ifşa prosesi gecikdirilir. Lakin əminliklə deyə bilərik ki

admin

TƏCİLİ!Ermənistanda vətəndaş müharibəsi başladı – Hökumət binası MÜHASİRƏYƏ ALINDI(FOTOLAR)

admin

Tarif Şurasından BƏD QƏRAR – Suyun qiyməti qalxdı “CEYRAN BELİNƏ” – ŞOK BAHALAŞMA

admin

ŞOK GƏLİŞMƏ! Azərbaycanda bir vaksin bölünərək iki nəfərə VURULUR? – RƏSMİ AÇIQLAMA

admin

Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev

admin