19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
GÜNDƏM

TƏCİLİ!erməni separatçılar dörd tərəfdən mühasirəyə alındı: ORDUMUZ HAZIRDIR VƏ… – AÇIQLAMA



“İşğaldan azad edilmiş ərazilərdə çəkiləcək yolların istiqamətlərinə baxdıqda hədəfi anlamaq mümkündür. İnfrastruktur tamamlandıqdan sonra separatçıların olduğu ərazilər dörd tərəfdən – şimaldan, cənubdan, şərqdən və qərbdən əhatə olunur və separatçılar mühasirəyə düşəcək”.

GUNinfo.az bildirir ki, bu sözləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanl bildirib. O qeyd edib ki,  yolların əksəriyyəti Laçın və Şuşaya çıxır. Bu, separatçılarla Ermənistanın əlaqə qura biləcəyi bölgədə güclənmək deməkdir:

“Yolların 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Niyə 2024-cü il? Bu tarix təsadüfi deyil. 2025-ci ildə Rusiya sülhməramlılarının bölgədə qalma müddəti başa çatır və 10 noyabr razılaşmasına əsasən müddətin başa çatmasına 6 ay qalmış tərəflərdən biri istəmədiyi halda kontingent çıxarılmalıdır. Bu o deməkdir ki, Azərbaycan rus sülhməramlılarının bölgədə olduğu müddətdə diplomatik yollarla istəyinə nail olmaq xəttini tutacaq”.

Politoloq qeyd edib ki, bütün bunlarla yanaşı həmin müddətdə lazımi nəticələr əldə edilməsə, genişmiqyaslı anti-terror əməliyyatı ön planda olacaq:

“İnşa olunacaq yollar hərbi qüvvələrin və texnikanın dislokasiya imkanlarını genişləndirir və bu, məhz sülhməramlı missiyanın müddətinin başa çatmasından öncə – 2024-cü ilə qədər hazırlanır. Bakı hazırda diplomatik cəbhədə döyüşür, paralel olaraq, hərbi cəbhədə atıla biləcək addımları hazırlayır və bu yollar mümkün risklərə qarşı alternativ planın tətbiqi üçün infrastrukturun tam hazır vəziyyətə gətirilməsi baxımından əhəmiyyətlidir.

Bənzər yazılar

“Elçibəyin bacarıqsızlığı, həm də bizim savad və dünyagörüşümüz faciəmiz oldu” — Aslan İsmayılov

admin

“Xameneyinin fətvası Xameneyinin silahlarına QALİB GƏLİB!” – Ərdoğanın baş müşavirindən Şeyxə TUTARLI CAVAB

admin

“Lider TV” müflis elan edildi – kanal bağlandı

admin

DÜŞMƏN ÖLKƏ ŞOKDA:General Polad Həşimov Yerevanda – Erməni deputat açıqladı (FOTOFAKT)

admin

SON DƏQİQƏ! Azərbaycanda elektrik enerjisinin də qiyməti qaldırılır – AÇIQLAMA

admin

SON DƏQİQƏ: məktəblər BU TARİXDƏ AÇILIR – HAZIRLIQLAR BAŞLADI

admin