Rusiyanın bu qədər tələbi qarşısında Paşinyan da əliboş deyildi. Amma onun bütün xahişlərini toplamaqla bir nəticəyə gəlmək mümkündür. Bu gün Paşinyanı ən çox narahat edən məsələ iyun ayının 20-nə nəzərdə tutulmuş seçkilərə Rusiyanın xeyir-duasına nail olmaqdır. Rusiya bu seçkilərdə öz favoritini elan etməkdə tələsmir və Kremlin yaxın tərəfdarşı olan eks-prezident Robert Köçəryanla da “dilxoşluq” etməkdə davam edir. Görünən budur ki, Paşinyanın indiki halda Rusiyaya təklif etdikləri Köçəryanın verə biləcəyindən daha qiymətlidir”.
“Bundan başqa, onun həll etməyə çalışdığı Azərbaycan həbsxanalarında hökm gözləyən erməni terrorçuların Ermənistana qaytarılmasıdır. Məlum olduğu kimi, Ermənistanın terrorçuları hərbi əsir kimi dünya ictimaiyyətinə təqdim etməsinə baxmayaraq, Azərbaycanın haqlı izahatı qarşısında söz tapa bilmirlər. Ona görə də bu şəxslərin azad edilməsi məsələsini Rusiyanın öhdəsinə buraxmaq istəyirlər. Təbii ki, Rusiya bu məsələdə Azərbaycana müəyyən təsir göstərə bilər. Amma Azərbaycanın da bu tələb qarşısında irəli sürdüyü məsələlər var ki, onlar yerinə yetirilmədən terrorçuların azad olunması öz həllini tapmayacaq. Amma Rusiya seçkilərdə Paşinyanın üzərində dayandığını qətiləşdirsə, Azərbaycanı razı sala biləcək mexanizmləri işə salacaq”.