18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
BANNER GÜNDƏM

Vətən müharibəsinin ildönümündə Azərbaycana HÜCUM HAZIRLIĞI – SENSASİON DETALLAR

Vətən müharibəsinin ildönümü yaxınlaşır. Azərbaycan torpaqlarında 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin birinci ildönümünə hazırlaşır. Müstəqilliyimizi bərpa edəndən sonra ilk dəfədir ki, bu il rayonlarımızın işğal tarixini yox, azad edilməsi tarixini qeyd edəcəyik.

Lakin Vətən müharibəsinin ildönümünə hazırlaşan təkcə biz deyilik. Tarixi Qələbənin ildönümü ərəfəsində ölkəmizə qarşı yeni hücumun başlanması cəhdləri müşahidə olunur. Bu hücumda hədəf, vasitəçi və sifariş verənlər də bəllidir.

Hədəf: Azərbaycanın dövlət siyasəti, ölkədə mövcud durum və hakimiyyətdə təmsil olunmuş müxtəlif yüksək vəzifəli şəxslərdir. Bununla bağlı ünvanlı qarayaxma kampaniyasına start verilir. Burada birdən çox məqsəd var:

1. Tarixi Qələbəni kölgədə qoymaq;

2. Cəmiyyətin diqqətini ölkə daxilində qabardılan “süni problemlərə” yönəltmək;

3. Hakimiyyəti, həm də hakimiyyət üzərindən dövlətin böyük Zəfərini kölgələmək;

Burada əsas qayə Ermənistanın məğlubiyyətini gizlətmək və beynəlxalq ictimaiyyətdə Azərbaycan haqqında mənfi imicin yaradılmasıdır.

Vasitəçilər: Qərbin müəyyən dairələrinin və onların təsiri altında olan media və QHT-lər və ekspertlər.

Bu şəbəkənin belə tipli hücumları əvvəlki dövrlərə də müşahidə olunur. Azərbaycanla bağlı beynəlxalq səviyyəli məsələlər gündəmə gəldiyi zaman məlum şəbəkə hərəkətə keçir. İndiyə qədər Eurovision 2012, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, mühüm enerji və iqtisadi layihələr, beynəlxalq siyasi, iqtisadi, mədəni tədbirlər zamanı analoji hal yaşanıb. Çünki belə tədbirlərdə beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycana yönəlir və anti-Azərbaycan şəbəkəsi bu diqqəti öz məqsədlərinə – Azərbaycan haqqında mənfi rəyin yaradılmasına yönəltməyə çalışırlar.

Eyni mexanizm yenidən işə düşür. Tarixi Qələbəmizdən sonra həmin dairələr Azərbaycanda müharibə dövründə daha da möhkəmlənmiş, sarsılmaz milli birlikdən narahatdırlar. Buna görə də təşkil olunan yeni kampaniyanın əsas məqsədi milli birliyi, xalqın öz liderinə, hakimiyyətə olan inamını və etibarını sarsıtmaqdır. Qərb dairələri Azərbaycanın müharibədə qələbəsini həzm edə bilmirlər və sülh prosesinə zərbə vurmağa çalışırlar. Almaniya və ABŞ mediasında son zamanlar təşkil olunan ünvanlı qarayaxma kampaniyalarının əsas məqsədi də budur.

Bəlli dairələr qondarma problemləri ortaya atır, onun beynəlxalq miqyasda müzakirəsini təşkil etməyə, mövzunu Azərbaycanın informasiya məkanına keçirtməyə çalışırlar. Klassik üslubdur.

Sifarişi verənlər: Qərbdə anti-Azərbaycan dairələri, erməni diasporu/lobbisi və digər maraqlı qruplar.

Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında həmişə olduğu kimi, indi də bu qüvvələr dayanır.

Burada Azərbaycan cəmiyyətinin üzərinə böyük iş düşür. İctimaiyyət və media belə məsələlərdə həssas olmalı, bu tipli kampaniyaları təşkil edənlərə və daxildə ondan yararlanmağa çalışanları meydan verməməli və öz qəti sözünü deməlidir. Tarixi Qələbəmizin daha da möhkəmlənməsi üçün milli birlik mühafizə olunmalıdır.

Asif Nərimanlı 

(Publika.az)

Bənzər yazılar

Erməni barbarları Tərtərdə dinc əhalini top atəşinə tutdu – yaralıları çıxaran 2 icra nümayəndəsi yaralandı

admin

Bakının mərkəzində silahlı ÇATIŞMA – Polis əmrə tabe olmayan şəxslərə güllə YAĞDIRDI – YARALILAR VAR

admin

DİQQƏT! Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTO

admin

Azərbaycan Xarici İşlər Nazirliyi təcili açıqlama yaydı – SON DƏQİQƏ

admin

Ermənistan hərbçiləri Azərbaycan sərhədçisinə hücum etdi, yaralımız var – DSX məlumat yaydı

admin

SON DƏQİQƏ!Ermənistandan NÖVBƏTİ TƏXRİBAT: 30-40 avtomobillə hərəkətə keçən ermənilər əsgərlərimizi atəşə tutdu – RƏSMİ

admin