21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
GÜNDƏM

“Zəngəzuru itirdik, PKK ilə razılaşıb Azərbaycana qarşı terrorçu-diversiya qrupları yaratmalıyıq” – Ayvazyandan BƏYANAT



Ermənistanda terrorçu-diversiya qrupları yaradılmalıdır. Tarixə nəzər salsaq görərik ki, məhz terrora əl atmaq erməni xalqının son ümid yeri olub.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu bəyanatla “Monax” ləqəbli keçmiş erməni zabiti Artur Ayvazyan çıxış edib.

Ayvazyan erməni xalqına müraciət edərək, bu qrupların formalaşdırılmasında, təlimində köməklik etməyə çağırıb.

“Bizim başqa yolumuz qalmayıb: yalnız xırda terror aktları törədərək düşmənə zərbə endirmək. Bunun üçün bizim xüsusi təlim görmüş peşəkarlara ehtiyacımız olacaq. Biz sonradan PKK ilə də hər hansı bir yolla razılaşa bilərik. Onların bizə bu işdə çox köməyi dəyə bilər. Vəziyyət çox ciddidir. Biz hər gün bir addım geri çekilirik. Zəngəzuru ümumiyyətlə yaddan çıxarın artıq. Zəngəzur əlimizdən getdi. İndi İrəvanda hamı bir-birini ittiham etməklə məşğuldur. Amma bu çıxış yolu deyil. Bizim tək yolumuz – diversiya qrupları yaratmaqdır.

Amma bunu hüquqi müstəvidə etmək mümkün deyil. Biz bunu dövlətdən kənar yol ilə yaratmalıyıq. Məni bu dediklərimə görə qınayan çox olacaq, amma həmin adamlara bir sualım var: Başqa yolumuz varmı?”, – deyə o qeyd edib.

Xatırladaq ki, terrorizm, təhlükəsizlik və xüsusi xidmət orqanlarının fəaliyyəti üzrə türk ekspert Həsən Məsud Öndər bu gün mediaya açıqlamasında Fransa kəşfiyyatının erməni təxribatçılarını öz təlim düşərgələrində hazırladığı haqda məlumat yayıb.

Bənzər yazılar

Ermənistan TƏŞVİŞDƏ: Azərbaycan hərbçiləri beynəlxalq Gorus-Qafan yolunu bağladı

admin

SON DƏQİQƏ: Zakir Həsənovdan orduya SON ƏMR – bütün raket kompleksləri hazır vəziyyətə gətirildi

admin

Sabirabadda içməli su ÇİRKAB içindədir – VİDEO

admin

SON DƏQİQƏ! Prezident də koronavirusa yoluxdu – RƏSMİ AÇIQLAMA

admin

Elmar Vəliyevlə bağlı qərar verildi – Məhkəmədə narazılıq yarandı, prokuror təkrar cəza istədi

admin

Hər il Zəfər Günü iş olmayacaq – VİDEO

admin