Guninfo.az
Image default
İDMAN

Azərbaycanlı milyarder Vahid Ələkbərov oğlunu məşhur klubun rəhbərliyinə gətirdi

Rusiyanın “Spartak” klubunun Direktorlar Şurasına iki yeni üzv qəbul olunub.

“Report”un məlumatına görə, bunlar Zarema Salihova və Yusuf Ələkbərovdur.
Salihova eyni zamanda klubun Audit və Mükafatlandırma Komitəsinə rəhbərlik edəcək. O, “qırmızı-ağlar”ın prezidenti və səhmdarlarından biri Leonid Fedunun həyat yoldaşıdır.
Yusuf Ələkbərov isə klubun daha bir səhmdarı, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun oğludur.
Hər iki şəxs səhmdarların ümumi yığıncağının qərarı ilə klub rəhbərliyinə gətirilib.
Qeyd edək ki, hazırda “Spartak” Premyer Liqada 27 oyundan sonra 50 xalla 3-cü pillədə qərarlaşıb. Domeniko Tedeskonun baş məşqçi olduğu komanda bu gün Tula “Arsenal”ını məğlub edəcəyi təqdirdə, “Lokomotiv”i keçərək 2-ci sıraya yüksələcək

Bənzər yazılar

“Real” 7 futbolçunu göndərib, ulduzları gətirir

admin

Benzema Ronaldo və Messinin rekordunu təkrarladı

admin

“Mançester Siti”nin futbolçusu “Barselona”da

admin

SON DƏQİQƏ: Hindistanla Çin arasında dəhşətli MÜHARİBƏ BAŞLADI – çox sayda ölü və yaralıların olduğu deyilir

admin

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

admin

“İdman mətbuatının bir hissəsini AFFA maliyyələşdirir…” – Eldar İsmayılov

admin