Türkiyə kubokunun 1/4 finalında “Başakşəhər”ə 1:2 hesabı ilə uduzaraq turnirdən kənarda qalan “Fənərbağça”da baş məşqçi dəyişikliyi ola bilər.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, “sarı-larcivərtlilər” Erol Bulutu istefaya göndərməyə hazırlaşır.
Belə ki, İstanbul nəhəngi 46 yaşlı mütəxəssisi dünyaca məşhur çalışdırıcı Arsen Vengerlə əvəzləmək niyyətindədir.