31 C
BAKI
21 İyun 2021
Guninfo.az
Image default
İDMAN

“Fənərbağça”dan transfer bmbası: Kulub məşhur baş məşqçi və futbolçu ilə anlaşdı

Türkiyənin “Fənərbağça” komandasının baş məşqçi postuna Rafael Benites təyin olunacaq.

GUNinfo.az -ın “Defansa Central”a istinadən məlumatına görə, ispaniyalı mütəxəssislə 2+1 illik anlaşma əldə olunub. “Sarı-lacivərdlilər”in Benitesə yüksək maaşla yanaşı, “Real Madrid”də ehtiyatda qalmağa başlayan Marselonu transfer etməyə hazır olduğunu bildirib. Sol cinah oyunçusunun transferinin təcrübəli baş məşqçi ilə birgə gerçəkləşəcəyi vurğulanıb.

Qeyd edək ki, Rafael Benitesin son iş yeri olan Çinin “Dalyan İfan” komandasını yanvarın 23-də tərk edib. 61 yaşlı mütəxəssis İspaniyanın “Valensiya” və “Real Madrid”, İngiltərənin “Liverpul”, “Çelsi” və “Nyukasl”, İtaliyanın “İnter” və “Napoli” kimi tanınmış komandalarında çalışıb. O, “Liverpul”a Çempionlar Liqası (2004/2005) və UEFA Super Kubokunu (2005), “Valensiya”ya UEFA Kubokunu (2003/2004), “Çelsi”yə Avropa Liqasını (2012/2013), “İnter”ə klublararası dünya çempionluğunu (2010) qazandırıb.

Bənzər yazılar

XƏBƏR AZ ÖNCƏ GƏLDİ – bu şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə veriləcək – QƏRAR VERİLDİ

admin

Prezident İlham Əliyev onun haqqında uydurulan mifi belə darmadağın etdi

admin

SON DƏQİQƏ! Azərbaycanın məşhur futbolçusu qəfil vəfat edib

admin

Tovuzda növbəti gərginlik — Düşmən iriçaplı pulemyotları işə saldı

admin

GÜNÜN ACI XƏBƏRİ: Məşhur futbolçumuz faciəli şəkildə avtomobil qəzasında DÜNYASINI DƏYİŞDİ – FOTO

admin

SSRİ-nin bərpası planı işə düşdü – Minskdə baş verənlərin pərdəarxası – ŞOK AÇIQLAMA

admin