10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
İDMAN

İtaliyanın bu məşhur klubundan Terimə rəsmi təklif – SON DƏQİQƏ

Qalatasaray”ın baş məşqçisi Fatih Terim italyanların hədəfindədir.

Offsideplus.az “Fanatik”ə istinadən xəbər verir ki, “Fiorentina” “Cim-bom”un çalışdırıcısını komandasının sükanı arxasına gətirmək istəyir. Klubun milyarder prezidenti Rokko Komissonun 2000-2001 mövsümündə A Seriyası kollektivinə rəhbərlik etmiş Terimi geri qaytarmağı düşünür.

Qeyd edək ki, 67 yaşlı mütəxəssisin “Qalatasaray”la müqaviləsi bu mövsümün sonu başa çatır. Terimin karyerasını “Qalatasaray”da başa vurmaq istədiyi bildirilir.

Xatırladaq ki, 2000-ci ildə “Qalatasaray”la UEFA Avropa Liqasının qalibi olan Fatih Terim növbəti mövsüm “Fiorentina”nı çalışdırmış, 2001-ci ildə isə “Milan”ın baş məşqçisi olmuşdu.

Bənzər yazılar

Kreml “düymə”yə basdı – İrəvandakı səfirlikdə müəmmalı görüş

admin

Aviasiya dəstəsinin 2 ədəd helikopteri

admin

Ölənlərin sayı yarım MİLYONU ÖTDÜ – Dünya ÇALXALANIR

admin

İki Avropa nəhəngi Ronaldonun transferi üçün hərəkətə keçdi

admin

Tuxel “Çelsi”nin ulduzunu məşqdən qovdu

admin

Ronaldo razılaşdı, son qərar verildi – Məşhur futbolçu bu komandaya GƏLİR?

admin