18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
İDMAN

“Lion”unun yeni baş məşqçisi Fatih Terim olacaq? – Fransa klubunun sahibindən AÇIQLAMA

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropada çalışa bilər.

Fanat.Az xəbər verir ki, 1987-ci ildən Fransa “Lion”unun sahibi və prezidenti olan Jan-Mişel Ola bu mövsüm klubun orta sıralarda olmasından narazıdır.

Fransa mətbuatında onun komandanın baş məşqçisi Peter Boszla görüşə hazırlaşdığı və ayrılıq qərarını açıqlayacağı bildirilir. Bu müddətdə Fransanın menecerlik şirkətiylə əlaqə yaradan Olanın yeni baş məşqçi axtarışına başladığı və siyahının başında Fatih Terimin olduğu qeyd olunur.

Klub rəhbəri türk mütəxəssislə danışıqlar üçün menecerlərə artıq tapşırığını verib. Müzakirə zamanı Terimi yüksək məbləğdə ödəniş təklifi yox, ancaq planlar və transferləri özünün seçməsi hüququ veriləcəyi təqdirdə razı ola biləcəyi qənaətinə gəliblər. Görüşdə Jan-Mişel Olanın Fatih Terimin ünvanına “Le Roi Du Football”, yəni “Futbolun Kralı” ifadəsini istifadə etdiyi də yayılan xəbərlər sırasındadır.

Qeyd edək ki, “Lion” Fransa I Liqasında 9 turdan sonra 13 xalla 10-cu sırada yer alıb. Onlar lider PSJ-dən 11 xal geri qalır.

Bənzər yazılar

Prezident Seyfulla Əzimova general-leytenant rütbəsi verdi

admin

“Fənərbağça” dünyaca məşhur baş məşqçi ilə danışıq aparır

admin

Levandovski, Ronaldo və Messinin kimə səs verdiyi bilindi

admin

Azərbaycanlı oliqarxın oğlu Londonda 560 milyon dollara “West Ham United” futbol klubu alır

admin

Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir? – SİYAHI

admin

“Örüş yerimiz rayon rəhbərliyi tərəfindən satılıb”” – İDDİA”

admin