Kişilərdən ibarət “Qalatasaray” basketbol klubu yeni transferini açıqlayıb.
Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Pyer Cekson bundan sonra “sarı-qırmızılar”ın formasını geyinəcək. Amerikalı basketbolçu ilə mövsümün sonuna qədər anlaşma əldə olunub.
Qeyd edək ki, 29 yaşlı idmançı 2014-cü ildə “Qalatasaray”ın əzəli rəqibi “Fənərbağça”nın şərəfini qoruyub.