19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
İDMAN

“Qalatasaray”dan 162 milyonluq transfer: Mbemba “Cim-bom”da?



Türkiyə Super Liqasında yeni mövsümün startına sayılı günlər qalmış “Qalatasaray” heyətini gücləndirmək üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçi mövqeyinə yeni futbolçu gətirməyə hazırlaşır. “Cim-bom” hazırda Portuqaliya “Portu”usunda forma geyinən Şansel Mbembanı rənglərinə bağlamağa yaxındır.

“Sarı-qırmızılılar” 27 yaşlı konqolu müdafiəçi üçün qarşı tərəflə ilkin razılıq əldə edib. Oyunçunun transfer dəyəri isə 16 milyon avro (162 milyon türk lirəsi) təşkil edir. Türkiyə mətbuatında yayılan məlumatlara görə, futbolçunu israrla sərəncamında görmək istəyən klubun baş məşqçisi Fatih Terim rəhbərlikdən Mbemba üçün sözügedən məbləği ödəməyi xahiş edib.

Qeyd edək ki, Mbemba ötən mövsüm “Portu” forması ilə ümumilikdə 43 oyuna çıxıb.

Bənzər yazılar

Messinin futbolçunu niyə vurduğu məlum oldu – VİDEO

admin

“Fənərbağça”nın yeni baş məşqçisi o, oldu – RƏSMİ

admin

İngiltərə klubundan Messi üçün TARİXİ TƏKLİF!

admin

Türkiyə yığması 15 illik həsrətə son qoydu

admin

Uruqvaylı futbolçu Messinin tarixi rekordunu üstələdi

admin

“Mançester Yunayted”in futbolçusu “Roma”da

admin