10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
İDMAN

“Qalatasaray”dan şok transfer – “Fənərbağça”nın bu sabiq futbolçusunu alır

Türkiyə Super Liqasında çempionluq yarışını davam etdirən “Qalatasaray” növbəti mövsüm üçün heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

 Offsideplus.az xəbər verir ki, Musleranın zədədən qayıtması ilə “cim-bom”un ona əvəzləyici kimi gətirdiyi Fatih Öztürk yenidən ehtiyatda qalıb.

Lakin İstanbul təmsilçisi Musleranın da performansından narazıdır. Uruqvaylı qolkiper son olaraq, 31-ci turda “Rizespor” məğlubiyyətində xeyli səhvlə yadda qalmışdı.

“Sabah” nəşrində yer alan xəbərə görə, “Qalatasaray” “Fənərbağça”nın keçmiş qapıçısı Tarık Çetini heyətinə qatmağı planlaşdırır.

Hazırda “Çaykur Rizespor”da forma geyinən 24 yaşlı qapıçı yayda “sarı-qırmızılar”ın sıralarına qoşula bilər.

Qeyd edək ki, Tarık Çetin 2018-2019-cu illər aralığında “Fənərbağça”da çıxış edib.

Bənzər yazılar

“Qalatasaray” Nigeriya millisinin forvardı ilə razılığa gəldi – SON DURUM

admin

Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev

admin

“Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı” – Prezidentən sərt AÇIQLAMA

admin

Son dəqiqə! “Neftçi”də şok ayrılıq

admin

Poqba Makronun dini ayrı-seçkiliyə yol verdiyinə görə yığmadan getdi

admin

XƏBƏR AZ ÖNCƏ GƏLDİ – bu şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə veriləcək – QƏRAR VERİLDİ

admin