21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
İDMAN

Qurban Qurbanovun qələbə şərhi: “Meydanda əsl futbol gördük”



“Çox maraqlı oyun alındı. Hər iki komandanın futbolçuları alqışa layiq idi. Oyunçularımı təbrik edirəm. Düşündüyümdən daha yaxşı oynadılar. Uzun müddətdir ki, çempionatda bu qədər azarkeşin qarşısında oynamırdıq. Meydanda əsl futbol gördük”.

Fanat.Az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın III tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, çempionatda fasilənin yaranması futbolçunun formasına təsir edir: “Çoxdandır birlikdə oynamamışdılar. Bu gün qərar verdim ki, onlar birlikdə olsun. İstər-istəməz yorğunçuluq olur. Oyunçular matçdan əvvəl bir dəfə normal məşq etmişdilər”.

Qurbanov Konfrans Liqasının I turunda Bakıda qarşılaşacaqları İsveçrə “Bazel”i ilə oyun haqqında da danışıb: “Bazel”lə oyunda futbolçular daha yaxşı ola bilər. Bu gün meydança ağır idi. Bu məni bir az narahat edir”.

Təcrübəli baş məşqçi rəqibin görüşün sonlarında daha çox irəli atıldığını əlavə edib: “Əks hücumçulara çıxsaq da, sonluq yaxşı alınmadı. Toral Bayramov yorulmuşdu, ona görə narahat oldum. Çatışmazlıqlar var. Səhvlər olanda bəzən sevindirici olur. Belə olan futbolçuları ələ almaq mümkündür”.

Mütəxəssis iki qol vuran İbrahima Vadji haqqında bunları diqqətə çatdırıb: “O, fərqli çempionatdan gəlib. Çox istəkli futbolçudur. Meydanda sonadək mübarizə aparır. Ona alqış düşür. “Neftçi”nin müdafiəsini təzyiqdə saxladı. Məşqlərdə çox istəklidir. Bəzi çatışmayan cəhətləri var. Ustalıq səviyyəsini daha da yaxşıllaşdıracağına inanıram”. (Report)

Bənzər yazılar

SON DƏQİQƏ: Messidən ŞOK QƏRAR – “Barselona”dan ayrıldı

admin

Lüksemburqlu futbolçu: “Azərbaycan millisi 2 topdan artıq buraxmır”

admin

“Fənərbağça” dünyaca məşhur baş məşqçi ilə danışıq aparır

admin

“Barselona” Kumanın yerinə onu gətirir – ŞOK GƏLİŞMƏ

admin

Messi futbol tarixinin ən titullu ikinci futbolçusu oldu

admin

“Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı” – Prezidentən sərt AÇIQLAMA

admin