21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
İDMAN

SON DƏQİQƏ: Messidən ŞOK QƏRAR – “Barselona”dan ayrıldı



Argentina millisinin futbolçusu Lionel Messi İspaniya “Barselona”sı ilə yollarını ayırıb.

“Report” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klub İspaniya çempionatının maliyyə qaydalarına görə 34 yaşlı futbolçu ilə yeni müqavilə bağlaya bilməyib.

Bildirilib ki, bir müddət öncə tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunsa da, maliyyə şərtləri və digər məsələlərə görə əməkdaşlığa xitam verilib.

“Barselona” 34 yaşlı forvarda xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Messi 2003-cü ildən “Barselona”da çıxış edirdi. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Bənzər yazılar

“Mançester Yunayted”in futbolçusu “Roma”da

admin

Futbolçu vəhşicəsinə qətlə yetirildi: 19 nəfəri yandırdılar

admin

Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev

admin

Elxan Məmmədov SKYSports a müsahibə verib! – VİDEO

admin

“Barselona” Kumanın yerinə onu gətirir – ŞOK GƏLİŞMƏ

admin

Neymarın hamıdan gizlətdiyi pop ulduz sevgilisi – FOTO

admin