18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
İDMAN

UEFA Millətlər Liqasının qalibi müəyyənləşir

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.
“Report”un məlumatına görə, final mərhələsinin həlledici oyununda İspaniya və Fransa yığmaları üz-üzə gələcək.
Milan şəhərindəki “San-Siro” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı ingiltərəli Entoni Teylor idarə edəcək.
İspaniya yarımfinalda İtaliyanı 2:1, Fransa Belçikanı 3:2 hesabı ilə üstələyib.
İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşma isə daha tez – Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Bu oyun Turindəki “Yuventus” stadionunda gerçəkləşəcək.

UEFA Millətlər Liqası, final mərhələsi
Üçüncü yer uğrunda görüş
17:00. İtaliya – Belçika
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Turin. “Yuventus” stadionu
Final
22:45. İspaniya – Fransa
Baş hakim: Entoni Teylor (İngiltərə)
Milan. “San-Siro” stadionu
Qeyd edək ki, ikinci dəfə təşkil olunan “Dördlər finalı”nda ilk qalib Portuqaliya millisi olub.

Bənzər yazılar

Azlıqda qalan “Beşiktaş” “Fənər”ə belə qalib gəldi – VİDEO

admin

Azərbaycan-İran sərhədində silahlı çatışma – ÖLƏN VAR

admin

“Qarabağ” qrup mərhələsinin ilk matçında məğlub oldu – YENİLƏNİB + VİDEO

admin

“Qalatasaray” “Barsa”da 46 qol vurmuş hücumçunu aldı?

admin

“Qarabağ” UEFA-ya müraciət etdi: “Sivasspor”la oyun Bakıda keçirilsin!”

admin

Ramazan Mirzəyevin “qara kassası” Rəşadın “xidmətləri” nəticəsində faktların ifşa prosesi gecikdirilir. Lakin əminliklə deyə bilərik ki

admin