21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
İDMAN

Ukraynanın azərbaycanlı idmançısı Avropa çempionu olub – FOTO



Tokio 2020 Olimpiya Oyunlarında Ukraynanın aktivinə gümüş medal yazdıran Pərviz Nəsibovdan sonra daha bir həmyerlimiz öz uğuru ilə bizi sevindirib.

GUNinfo.az xəbər verir ki, Bosnya Hersoqovinanın Sarayevo şəhərində keçirilən yeniyetmələrin boks üzrə Avropa çempionatında Vasif Kərimov qızıl medal qazanıb. 46 kq çəki dərəcəsində İtaliya, İsrail, Ermənistan və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu olan Kərimov Xarkov şəhərində yerləşən “Atom” idman klubunun yetirməsidir.

Donetsk vilayətindən olan həmyerlimiz Vidadi Zeniyev isə 44 kq çəki dərəcəsində gümüş medal qazanıb.

63 kq çəki dərəcəsində mübarizə aparan digər həmyerlimiz, Odessa «Левша» idman klubunun yetirməsi Kərim Hüseynov isə üçüncülüklə kifayətlənməli olub. Məşqçi Nurəddin Əlibəylinin sözlərinə görə Kərim qələbəni son anda əldən verib. “Gələn yarışlara daha ciddi hazırlaşıb qızıl medal qazanacağıq” deyən Əlibəyli öz növbəsində Vasif Kərimovu və Vidadi Zeyniyevi təbrik edib.

25 ölkədən 274 boksçunun mübarizə apardığı 2021 Avropa çempionatında Ukrayna ümumi hesabda 23 medal (7 qızıl, 9 gümüş və 7 bronz) qazanaraq Rusiyadan sonra ikinci olub.

Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov UAR həmtəsisçiləri Oleq Krapivinin və Hikmət Cavadovun təbriklərini Avropa çempionuna, atası Knyaz Kərimova və məşqçisi Oleq Aleksandroviçə çatdırıb. “Bu həmyerlimizdən Ukraynanın müstəqillik gününə anlamlı bir hədiyyədir” deyən baş katibin verdiyi məlumata görə sentyabr ayının 20-də uğur qazanmış idmançılarla UAR Kievdəki ofisində görüş keçirilməsi planlaşdırılır.

Xatırladaq ki Avropa çempionu olan Vasifin qardaşı Asif Kərimov da bokscudur və 6 sentyabrda başlayacaq Ukrayna çempionatında birincilik uğurunda mübarizə aparacaq! Asifə uğurlar arzulayırıq!

Bənzər yazılar

Prezident Seyfulla Əzimova general-leytenant rütbəsi verdi

admin

“Fənərbağça” dünyaca məşhur baş məşqçi ilə danışıq aparır

admin

Real Madrid”in yeni Ronaldosu kimdir? – yeni ulduz futbolçunun adı açıqlandı

admin

“Qalatasaray”dan 162 milyonluq transfer: Mbemba “Cim-bom”da?

admin

Türkiyə yığması 15 illik həsrətə son qoydu

admin

“Mançester Siti” 18 yaşlı serbiyalı hücumçu aldı

admin