18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
KRİMİNAL

Azərbaycanda məmur iş otağında qətlə yetrildi:Direktoru öldürən bu rəis müavininin oğlu İMİŞ – RƏSMİ

Oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

GUNinfo.az bildirir ki, bu barədə Goranboy Rayon Prokurorluğu məlumat yayıb.

Aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

GUNinfo.az bildirir ki, cinayəti törədən polis polkovnik-leytenantının oğlu Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ziyad Əhmədovu qətlə yetirən baş mühasibin sabiq vəzifəli şəxsin oğlu olduğu müəyyənləşib.

GUNinfo.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, direktoru iş otağında bıçaqlayaraq öldürən Mirhadi Bağırovun atası Mirtağı Bağırov Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini olub. O, hazırda təqaüddə olan polis polkovnik-leytenantıdır.

Qeyd edək ki, sözügedən qətllə bağlı cinayət işi başlanıb. Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

Azərbaycanlı gənci vəhşicəsinə döyüb öldürdülər – Meyiti Naxçıvana gətirildi – FOTO

admin

Dəhşətli yol qəzası: 9 futbolçu və bir məşqçi həlak oldu

admin

SON DƏQİQƏ! Bakıda əməliyyat: Xeyli sayda tutulan var +VİDEO

admin

SON DƏQİQƏ! Bakıda gecə saatlarında dəhşət: 4 nəfər oğlan qızı…

admin

Füzulidə ƏMƏLİYYAT KEÇİRİLDİ: çox sayda ŞƏXS SAXLANILDI – FOTO

admin

Azərbaycanda komendant postunda saxlanılan avtomobillərdə odlu silahlar aşkarlandı

admin