21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
KRİMİNAL

Azərbaycanda polis mütəşəkkil dəstəni HƏBS ETDİ – Məhkəmə isə azadlığa buraxdı



Ötən ilin mart ayında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində gəlir əldə etmək məqsədilə meşələrdə qiymətli və nadir ağacları doğrayıb satan 6 nəfərdən ibarət mütəşəkkil dəstə ifşa edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, ilkin olaraq dəstə üzvləri barəsində DİN-də Cinayət Məcəlləsinin 259.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi qaldırılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqın gedişi zamanı ortaya çıxan əlavə xüsusatlar nəzərə alınaraq cinayət işi Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələrinə tövsif olunaraq istintaqı Respublika Baş Prokurorluğunda davam etdirilmişdir. İstintaq yekunlaşaraq cinayət işi ittiham aktı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin 30 iyul 2021-ci il tarixli hökmü ilə onlar 1 il 4 ay, yalnız biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişlər. Lakin istintaq dövründə həbsdə saxlanıldıqları müddəti nəzərə alan məhkəmənin hakimi onların cəzalarını çəkilmiş hesab edərək məhkəmə zalından azad edib.

Bənzər yazılar

ANBAAN VİDEO:Bakıda çadralı cibgir bacılar İŞ BAŞINDA – DİN TƏCİLİ MƏLUMAT YAYDI

admin

Azərbaycanda səhər-səhər DƏHŞƏT YAŞANDI – ÖLÜ VƏ YARALILAR VAR (FOTOLAR)

admin

Cəlilabadda xüsusi əməliyyat – HƏBSLƏR VAR / FOTO

admin

SON DƏQİQƏ: Azərbaycanda direktor HƏBS EDİLDİ

admin

Nazir 5 direktor, 1 müdiri cəzalandırdı

admin

Azərbaycan-İran sərhədində silahlı çatışma – ÖLƏN VAR

admin