19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
KRİMİNAL

“Bandotdel”dən xüsusi əməliyyat: COVİD-19 pasportu satan həkimlər belə HƏBS EDİLDİ – VİDEO+FOTO


Daxil olmuş məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub.
GUNinfo.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Müəyyən olunub ki, Sabunçu rayonunda yerləşən 11 saylı poliklinikanın qeydiyyatçısı Nəzrin Məmmədova, həmin tibb müəssisəsinin, eləcə də Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Gülnarə Mədətzadə və Vaqif Mirzəyevlə əlbir olaraq vətəndaşlardan 150 manat məbləğində pul alıb onlara vaksinasiyadan keçmədən peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri də məlum olub.
Qeyd edilən hər iki faktla bağlı  Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

TƏCİLİ!Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov həbsxanada intihar etdi

admin

Aviasiya dəstəsinin 2 ədəd helikopteri

admin

TƏCİLİ – Məşhur qanuni oğru HƏBS EDİLDİ

admin

Prezident mətbuatla bağlı sərəncam imzaladı – 1 ay vaxt verildi

admin

NATO müharibəyə qərar verdi: Müdafiə nazirləri razılığa gəldi!

admin

SON DƏQİQƏ! DİN-dən xüsusi ƏMƏLİYYAT: “Emoş” ləqəbli kriminal avtoritet həbs olundu – RƏSMİ

admin