13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
KRİMİNAL

Baş Prokurorluqdan TƏCİLİ AÇIQLAMA: Vəzifəli şəxs rüşvət alarkən iş başnda HƏBS EDİLDİ-FOTO

Azərbaycanda vəzifəli şəxs həbs edilib.
Bu barədə Qayanrinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, prokurorluq orqanları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Hacıqabul rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı Rauf Həmidov, ölkə xaricində olan Hacıqabul rayon sakini, 1997-ci il təvəllüdlü Şamil Əliyevin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi müayinədən keçirilməsini növbəti çağırışadək təxirə salınmasını təşkil etmək müqabilində sonuncunun atasından rüşvət alarkən cinayət başında yaxalanmışdır.
Rauf Həmidov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bənzər yazılar

SON DƏQİQƏ! Sərhəddə əməliyyat keçirilir, HƏBS OLUNANLAR VAR – DSX-dən AÇIQLAMA

admin

Orduda komandirlərin HƏBSLƏRİ BAŞLADI: döyüşlər vaxtı xəyanət edib, xeyli sayda əsgəri ölümə TƏRK EDİB

admin

Hadi Rəcəbli və digər vətəndaşlarında da qanunu pozmağa haqqı yoxdur. Çünki bu

admin

SON DƏQİQƏ: Azərbaycanda güclü partlayış, 1 nəfər yanaraq öldü

admin

“Bandotdel”dən şok əməliyyat: Silah – sursat ələ keçirildi, saxlanılan var

admin

Əri tərəfindən qətlə yetirilən Sevincin ŞOK yazışmaları YAYILD: “Polislər öldüyümü eşitsə…”

admin