21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
KRİMİNAL

DTX-dan SON DƏQİQƏ ƏMƏLİYYATI: Mirəhəd Tofiq oğlu HƏBS EDİLDİ – VİDEO


Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub.
Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 20 iyun 2013-cü il tarixdə adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.
Həmçinin müəyyən edilib ki, Azərbaycan vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürülüb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Mirəhəd Mirismayıllıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaqa verdiyi ifadə zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiyini bildirib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bənzər yazılar

Sumqayıtda dəhşətli intihar

admin

Lənkaranda “şüşə” və “patı” əməliyyatı: Yeddi nəfər HƏBS EDİLDİ – FOTO – VIDEO

admin

DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi

admin

Quldurluq edib pulunu aldı

admin

SON DƏQİQƏ! Azərbaycanda jurnalist QƏTLƏ YETİRİLDİ

admin

Azərbaycan Ermənistanı MƏHKƏMƏYƏ VERDİ:Avropa İnsan Haqları Məhkəməsi erməni cinayətlərini araşdıracaq

admin