17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
KRİMİNAL

Gəncədə narkotik ƏMƏLİYYATI – Saxlanılanlar var



Gəncədə qanunsuz narkotik saxlamaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Guninfo.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Məlumata görə, qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Emin Bədirov Gəncə ŞBPİ əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən heroin aşkar edilib.

Azərbaycan vətəndaşı Ece Mustafanın üzərindən metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan Teymur Məmmədovdan götürülən heroin müvafiq ekspertizaya göndərilib.

Gəncə ərazisindəki mağazalardan birinə məxsus 16 ədəd taxta lövhələri oğurlamaqda şübhəli bilinən Elnur Cəfərov saxlanılıb. Ondan heroin aşkar olunub. Dindirilmə zamanı E.Cəfərov oğurluq hadisəsini narkotik vasitə əldə etmək üçün törətdiyini etiraf edib.

Narkotik maddə əldə etmək üçün oğurluq edən digər bir Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Hümbət Axundov müxtəlif vaxtlarda bir neçə şəhər sakininə məxsus telefonları oğurlayaraq satıb. Saxlanılan zaman üzərindən heroin aşkarlanan şübhəli şəxs törətdiyi cinayətləri etiraf edib. Onun digər analoji cinayət hadisələri törətməsi də istisna edilmir.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

GUNİNFO.AZ

Bənzər yazılar

DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi

admin

XƏBƏR AZ ÖNCƏ YAYILDI: İki yüksək vəzifəli şəxs müğənni Əflatunu Cəlilabadda QƏTLƏ YETİRDİ(FOTO)

admin

Aviasiya dəstəsinin 2 ədəd helikopteri

admin

“Bakı” kafesində qanlı hesablaşma: Ölən və yaralanan var – 60 yaxın şəxs…

admin

Baş prokurorluq TƏCİLİ MƏLUMAT YAYDI: 101 nəfər vəzifəli şəxs həbs edildi

admin

Bacısını çarpayıda elə vəziyyətdə gördü ki… — Şamaxıdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

admin