18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
KRİMİNAL

İranın məşhur yəhudinin qətli üçün göndərdiyi KİLLERİN ÖLÜM GÜNDƏLİYİ – İsrail Xüsusi Xidmət idarəsi HƏRƏKƏTƏ KEÇDİ

Kipr respublikasında tutulan azərbaycanlı killerlə bağlı yeni sensasion təfərrüatlar ortaya çıxıb. İsrail KİV-ləri Kipr televiziyasına istinadən bildirir ki, saxlanılan həmin şəxsin İran xüsusi xidmət orqanlarının sifarişi ilə israilli biznesmeni qətlə yetirmək üçün göndərildiyi bildirilir. Bununla bağlı İsrail Xüsusi Xidmət idarəsi hərəkətə keçərək lazımı tədbirlər həyata keçirib. 

GUNinfo.az ” virtualaz.org-a istinadən xəbər verir ki, hazırda Kiprdə misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb və azərbaycanlı killerin siyahısında olan şəxs və şəxslər təcili olaraq bu ölkədən çıxarılıb.

Bildirilir ki, Rusiya pasportu daşıyan həmin azərbaycanlı saxlanılanda icarəyə götürdüyü avtomobildə olub. Onun üzərindən səsboğuculu tapança və üç mobil telefon tapılıb. Şübhəli şəxsin siyahısında öldürülməsi nəzərdə tutulan azı beş nəfərin olduğu bildirilir. Kipr hakimiyyəti bu haqda məlumat alan kimi bir neçə adama xəbərdarlıq edib və onlar adadan qaçıb gizlənməyə imkan tapıblar.

Məlumatda deyilir ki, azərbaycanlı killer Rusiyadan təyyarə reysi ilə təxminən iki həftə əvvəl Kiprin Larnaka aeroportuna gedib. O vaxtdan bəri saxlanılana qədər Famaqusta rayonunda mübahisəli ərazidə iki dəfə gecələyib.

Həmin şəxs Kiprin bəzi rəsmi şəxsləri ilə görüşəndə Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının diqqətini cəlb edib. Kiprin yunan və türk hissəsi arasında diqqəti cəlb etmədən yerdəyişmə etməyə çalışan bu şəxs Anqomi kəndi yaxınlığında elektrosamokatdan düşərək kirayə götürdüyü avtomobilə minib, bu vaxt onu polis əməkdaşları saxlayıb.

Hazırda şəxsdən götürülmüş tapança ballistik ekspertizadadır və xüsusi xidmət əməkdaşları onun telefonlarından informasiyaları götürməyə çalışırlar. Habelə şübhəlinin avtomobili olan yerin yaxınlığındakı videomüşahidə kameralarının görüntüləri izlənilir. Həmin yerin yaxınlığında killerin siyahısında olan biznesmenin ofisi yerləşir.

Azərbaycanlının barəsində həbs qətimkan tədbiri daha 8 gün uzadılıb, onun məhkəməsi qapalı rejimdə keçirilib. Kipr KİV-ləri adada bu vaxta qədər görünməmiş təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirir. Polis isə söhbətin Kiprin dövlət təhlükəsizliyindən getdiyini açıqlayıb

Bənzər yazılar

SON DƏQİQƏ! “Bandotdel”dən Bakıda şok əməliyyat: Görün, odlu silahla kimlər YAXALANDI – VIDEO

Fikrət Fərhadoğlu

SON DƏQİQƏ:ermənilərin Bərdədə son dəqiqə TERRORU – 19 ölü, 60-dan çox yaralı var(VİDEO)

admin

Azərbaycanda dəhşətli qətl – Qadın həmkəndlisini güllələdi

admin

SON DEQİQE-müharibe veteranı intihar etdi

admin

“Sədərək” ticarət mərkəzində kütləvi dava — ŞOK TƏFƏRRÜAT

admin

“Diaqnoz” Tibb Mərkəzində zorlama hadisəsi – Həkim müayinəyə gələn qadına təcavüz etdi

admin