19 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
KRİMİNAL

Keçmiş polis işçisi “patı” satarkən yaxalandı (YENİLƏNİB)


Baş Prokurorluq Qubadakı hadisə ilə bağlı rəsmi açıqlama yayıb.
Qurumun Mətbuat xidmətindən Qaynarinfo-ya daxil olan məlumatda deyilir:
“Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunin narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib.
Bununla bağlı qeyd edirik ki, Quba Rayon Prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib.
Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəsüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yol verilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır”.
12.50

Quba rayonunda keçmiş prokurorun oğlu külli miqdarda “patı” satarkən yaxalanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün rayon ərazisində keçirilən əməliyyat zamanı “Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər “patı” adlanan metamfetamin, heroin və tiryək satarkən ələ keçirilib.
Əməliyyat zamanı digər şəxslər saxlanılsa da, Rauf Abbasov polis əməkdaşlarına qarşı bıçaqla müqavimət göstərərək hadisə yerindən qaçıb.
Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Rauf Abbasov Qubanın keçmiş prokuroru Rafiq Abbasovun oğludur. Rauf Abbasov da Qusar Rayon Polis Şöbəsinin keçmiş əməkdaşı olub. O, xidmətdə olduğu zaman narkotik istifadə etdiyi üçün xidmətdən xaric edilib.

Bənzər yazılar

Azərbaycanda komendant postunda saxlanılan avtomobillərdə odlu silahlar aşkarlandı

admin

Bakıda dəhşət! Elnarənin asılmış meyiti tapıldı

admin

SON DƏQİQƏ: DİN və DTX Cəlilabadda əməliyyat keçirdi – HƏBS OLUNANLAR VAR – FOTO

admin

Bakı Baş Gömrük İdarəsində xüsusi əməliyyat – Yüksək vəzifəli şəxslər HƏBS EDİLDİ

admin

“AZƏRSU”DA KÜTLƏVİ HƏBSLƏR BAŞLADI:Qorxmaz Hüseynovun qardaşı da saxlanıldı – TƏCİLİ XƏBƏR

admin

İcra başçısı ehtiyac içində olan ailəyə qəzəbləndi: “Niyə bu qədər uşaq doğursan?”

admin