17 C
BAKI
27 Sentyabr 2021
Guninfo.az
Image default
KRİMİNAL

Orucəli Hacıyev və Nazim İbrahimov İFADƏ VERDİ: “Rövşən Əkbərov qətli törədib”



Bu gün Bakı Hərbi Məhkəməsində general Rövşən Əkbərovun cinayət işi üzrə keçirilən hazırlıq iclasında iki vəzifəli şəxsin şahid kimi çıxış etdiyi məlum olub. Onlar R.Əkbərovun qətli törətdiyi barədə ifadə veriblər.

Guninfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, iclasda Rövşən Əkbərovun anket məlumatları dəqiqləşdirilib.

R.Əkbərovun vəkilləri vəsatət verərək istintaq zamanı kobud qanun pozuntularına yol verildiyini bildirərək cinayət işinə xitam verilməsini istəyiblər.

Daha sonra vəkillər cinayət işi üzrə şahid qismində dindirilən Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin və Məzahir Şıxəliyevin ifadələrinin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət veriblər.

Vəkillər qeyd ediblər ki, sözügedən şəxslər hadisə olan zaman verdikləri ifadələrində qətli kimin törətdiyini bilmədiklərini desələr də, bu il istintaq zamanı Elçin Əliyevi Rövşən Əkbərovun öldürdüyünü deyiblər.

Daha sonra generalın vəkilləri onun ev dustaqlığına buraxılması barədə vəsatət veriblər.

Qətlə yetirilən Elçin Əliyevin hüquqi varisinin nümayəndəsi, vəkil Elçin Sadıqov Rövşən Əkbərova qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb.

Müşavirədən sonra hakim mülki iddianın icraata qəbul edildiyini açıqlayıb, vəkillərin vəsatətləri isə təmin edilməyib. Proses iyulun 30-u saat 11-də davam etdiriləcək.

Məlumata görə, Məzahir Şıxəliyev sabiq daxili işlər naziri İsgəndər Həmidovun cangüdənlərindən biri olub.

Bənzər yazılar

Bu məşhur vəzifəli şəxs HƏBS EDİLDİ – Baş Prokurorluq və Nazirlik təcili məlumat yaydı

Fikrət Fərhadoğlu

Türkiyə və Azərbaycan bayraqlarını təhqir edən şəxs SAXLANILDI – QATI CİNAYƏTKAR İMİŞ

admin

“Əli Həsənova da artıq cinayət işi açılıb” — SON DƏQİQƏ AÇIQLAMASI

admin

Şamaxıda müəllim şagirdini zorladığı an kameraya düşdü. +18 VİDEO (DƏHŞƏT)

admin

Xocalı canisi Şuşada yaxalandı – Azərbaycanın axtarışa verdiyi Conik Tevosyanı əsgərlərimiz QANDALLADI – FOTOLAR

admin

DƏHŞƏTLİ HADİSƏ: Sabirabadda 3 NƏFƏR GÜLLƏLƏNDİ

admin