13 C
BAKI
21 Oktyabr 2021
Guninfo.az
Image default
KRİMİNAL

Putinə sui-qəsd PLANI: Bakıda kreml rəhbərin qətlə yetirmək istəyən şəxs KİM İDİ? – AÇIQLAMA

Vitali Arkov kreml rəhbərinə qarşı sui-qəsd versiyasını iddia edib.

Rəsmi qanunvericiliyə görə, Rusiya Prezidentinin təhlükəsizliyinə Rusiya Federal Təhlükəzislik Xidməti cavabdehdir. Qısaca olaraq FSB adlandırılan qurumun ümumi fəaliyyətinə Rusiya Federasiyasının Prezidenti rəhbərlik edir. Rusiya prezidentinin mühafizə xidmətinin əməkdaşları xüsusi qaydada və tələb olunan mərhələni keçdikdən sonra seçilir. Bu sistemə düşmək olduqca çətin və uzun vaxt aparan bir prosesdir. Bu səbəbdən də Putini mühafizə edən şəxslər böyük miqdarda məvacib alır.

Rusiya Federal Təhlükəsizlik Xidməti Tatarıstanda əməliyyat keçirdi –  Hakimiyyəti devirmək istəyən qüvvələr həbs olundu
Rəsmi məlumata görə, buranın əməkdaşlarının sayı 50 minə yaxındır. Bu rəqəmlə Putin ən böyük mühafizə dəstəsinə malik prezidentlər sırasında dayanır.

Putinin ictimaiyyət üçün o qədər də açıqlanmayan xüsusi mühafizə sistemi də mövcuddur. Rəsmi dildə “şəxsiyyətlər”, əhali arasında isə “sivil insanlar” adlandırılan silahlı şəxslər adətən əhalinin toplu halında dayandığı məntəqələrdə yerləşir. Onları adi insanlardan seçmək mümkün deyil. Üzərilərində olan “Qryuza” tapançası 18 güllə tutur və ümumi çəkisi 995 qramdır. Xüsusi hazırlanmış tapançadan 100 metrə qədər hədəfi vurmaq mümkündür.

Putinin mühafizə dəstəsində “qara adamlar” adlandırılan xüsusi qrup da mövcuddur. Onlar əsasən prezidentin korteji hərəkət edərkən gözə görünməyə başlayırlar. Bu qrupun əsas vəzifəsi Rusiya prezidenti hərəkət etdiyi istiqamətdə gizlin yerlərin mühafizəsi və təhlükəsizliyin təmin edilməsidir. Onlar qara geyimdə olduqları üçün qeyri-rəsmi dildə “qara adamlar” adlandırırlar. Putinin əhalinin sıx olduğu ərazilərə səfəri zamanı əlində çamadan olan şəxslərə rast gəlinir. İlk baxışda həmin şəxslərin diplomatik nümayəndələr olması ehtimalı yaranır. Əslində həmin şəxslər diplomatlar yox, onun yaxın məsafədə mühafizəsini təmin edən şəxslərdir.

Putinin mühafizə dəstəsində qara eynəyə sahib şəxslərə də xüsusi yer verilir. Həmin şəxslərin eynəkli olması heç də təsadüfi deyil. Onlar bu eynək vasitəsi ilə müşahidə apardıqları istiqaməti gizlədir və xüsusi optik şüşə ilə daha çox dərinliyi müşahidə edə bilirlər.
Aurus Senat Price
Putinin “Aurus-41231SB Senat” avtomobili xüsusi zirehə malikdir. Bu avtomobil hətta ən dağıdıcı silaha qarşı belə müqavimət sisteminə malikdir. Amma ölkə rəhbərləri nə qədər ciddi qorunsalar da, sui-qəsdlərdən tamamilə sığortalanmayıblar. Onun mühafizəçisi Rusiya mətbuatına verdiyi müsahibəsində belə bir hadisəni qeyd edib: “Cənab Putin xizək sürməyi çox xoşlayır. Bir dəfə xizək sürməyə gedərkən təsadüfən binanın dam hissəsində qarın altında gizlənmiş ağ örtükdə adamı aşkarladıq. Biz uzaqdan həmin obyekti müşahidə etməyə başladıq. O, uzun müddət hərəkətsiz qaldı. Daha sonra bildik ki, həmin şəxs snayperdir. Xüsusi əməliyyat vasitəsi ilə onu zərərsizləşdirdik”.

Rusiyanın “5-ci kanal”ında yayımlanan Andrey Karaulovun müəllifi olduğu “Həqiqət anı” verilişində isə Putinə qarşı sui-qəsdlərə yer ayrılmışdı. Kremlin sahibinə rəsmi olaraq 6 dəfə sui-qəsdn təşkil olunub. Sui-qəsd yerlərindən biri kimi Bakı göstərilib. Verilişin Putinə qarşı Bakı sui-qəsdi hissəsində Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Rusiya mətbuatına verdiyi açıqlama da yer alıb. Müsahibədə Prezident Əliyev Putinə sui-qəsdə qarşı lazımi tədbirlərin görüldüyünü bildirib: “Biz istəmirdik özümüzü reklam edək, ona görə də danışmırdıq. Onsuz da FSB bilirdi. Putinin Bakıya uçuşundan əvvəl onlar bilirdilər ki, biz tədbirlər görürük. Bizim nazir dedi ki, terrorun həyata keçirilməsinin qarşısını almaq üçün hansı işlər görülüb”.

Verilişdə həmçinin o dövrdə Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edən Namiq Abbasovun 2003-ci ildə verdiyi müsahibə də yayımlanıb. Abbasov çıxışı zamanı Putinə qarşı sui-qəsdi planlaşdıran terrorçu haqqında məlumat verib:

“Bu, Milli Təhlükəsizlik Nazirliyinin builki fəaliyyətində ən gərgin iş idi. Bu şəxs İraq vətəndaşı Kənan Əhməd Rüstəmdir. O, həm Əbdürrəhman Buxari, həm Əbusəid Kürdi, həm də Kənan Əhmədoviç Maqomedov idi. Bu ləqəblərlə o, terrorçular dünyasında məşhur idi. Bu şəxs Əfqanıstan və Çeçenistanda təlim keçmişdi. Bu şəxsdə çoxlu sayda partlayıcı maddələr vardı. İndiyə qədər bizim mütəxəssislər əldə hazırlanan partlayıcı qurğular arasında beləsini görməmişdilər. Sözügedən şəxs bombanı yerləşdirərək onu telefon vasitəsilə partlatmağı planlaşdırırdı”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bənzər yazılar

Gəncədə narkotik ƏMƏLİYYATI – Saxlanılanlar var

admin

SON DƏQİQƏ!“Bandotdel”dən xüsusi əməliyyat: 27 nəfər HƏBS EDİLDİ

admin

Azərbaycanda polis mütəşəkkil dəstəni HƏBS ETDİ – Məhkəmə isə azadlığa buraxdı

Fikrət Fərhadoğlu

Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlandı – Baş prokurorluq məlumat yaydı

admin

Qulinin bu məşhur adamı oğru adından məhrum edildi – kriminal aləmdə son HESABLAŞMA

admin

Ermənilər AzTV-nin əməkdaşını yaraladı

admin