Guninfo.az
Image default
KRİMİNAL

SON DƏQİQƏ! Azərbaycanda bu məşhur polis rəisi məhkəmə zalında HƏBS EDİLDİ

Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qara Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

GUNinfo.az xəbər verir ki, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q.Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi 2019-cu ilin dekabr ayında Şəmkir-Düyərli yolunun 8-ci kilometrliyində qeydə alınıb.

Belə ki, rayonun Dəllər-Çırdaxan kənd sakini, 1965-ci il təvəllüdlü Həsənov Qara Abdulla oğlu sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-2107” markalı 57-BK-322 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən Düyərli kənd sakini, 1967-ci il təvəllüdlü Rüstəmov Cəmaləddin Hidayət oğlunu vuraraq hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.Xatırladaq ki, Q.Həsənov hadisəni törədən zaman Şəmkir Rayon Polis Şöbəsində polis sahə rəisi vəzifəsində çalışıb./report/

Bənzər yazılar

Polislə vətəndaşlar arasında ATIŞMA: ÖLƏNLƏR VƏ YARALI VAR

admin

Bakıda vəzifəli şəxsin oğlu bacısını niyə öldürdü? – ŞOK TƏFƏRRÜAT

admin

SON DƏQİQƏ: Lənkaranda vəzifəli şəxslər güllələndi – AĞIR YARALILAR VAR(RƏSMİ)

admin

SON DƏQİQƏ! “Azərsu” ASC-nin vəzifəli şəxsi iş başında İNTİHAR ETDİ

admin

Prezident İlham Əliyev onun haqqında uydurulan mifi belə darmadağın etdi

admin

Ağcabədidə özünü jurnalist kimi təqdim edən narkotacir saxlanıldı

admin