18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
KRİMİNAL

SON DƏQİQƏ! “Bandotdel”dən Bakıda şok əməliyyat: Görün, odlu silahla kimlər YAXALANDI – VIDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyatlar həyata keçirilib.

DİN-dən  Oxu24.com-a  verilən məlumata görə, Baş İdarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Babək İsbəndiyarovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Abşeron rayonu Xırdalan şəhərində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məzahir Aslanov isə yaşadığı Şirvan şəhərində saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Babək İsbəndiyarov və Məzahir Aslanov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.

Bənzər yazılar

Azərbaycanda nəhəng infrastruktura malik CASUS ŞƏBƏKƏSİ – Bu tanınmış dövlət adamları və çox sayda məmurlar həbs edilir (AÇIQLAMA)

admin

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsindən xüsusi ƏMƏLİYYAT:Fuad Abdullayev qandallandı – VİDEO+FOTO

admin

Abşeronda dəhşətli hadisə: Avtomobil ana və 2 azyaşlı övladını vurdu

admin

TƏCİLİ!icra başçısının dəbdəbəli malikanəsində kişi meyiti asıldı – DƏHŞƏTLİ OLAYIN TƏFƏRRÜATI

admin

Füzulidə ƏMƏLİYYAT KEÇİRİLDİ: çox sayda ŞƏXS SAXLANILDI – FOTO

admin

DİN təcili əməliyyat keçirdi – Onlarla şəxs HƏBS EDİLDİ – VİDEO+FOTO

Fikrət Fərhadoğlu