18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
KRİMİNAL

SON DƏQİQƏ: Baş Prokurorluq və DİN birgə məlumat yaydı

İyulun 30-u Daşkəsən rayon sakinləri 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun kənd təsərrüfatı işləri ilə məşğul olmaq məqsədi ilə evdən çıxaraq itkin düşmələri barədə rayon polis şöbəsinə məlumat daxil olmuş və hər iki şəxsin axtarılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri aparılıb.

GUNinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında deyilir.

Bildirilib ki, 24 sentyabr 2021-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş məlumata əsasən, Göygöl-Kəlbəcər rayonu Murovdağ silsiləsindəki düşmən tərəfindən minalanmış ərazidə ilkin ehtimala görə minayə düşmələri nəticəsində Qismət Bayramov və Ülfət Rüstəmova aid meyit fraqmentləri aşkar edilib.

Prokurorluq və polis əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı meyit qalıqları və müxtəlif geyim əşyaları aşkar edilmiş, həmin fraqmentlərin Qismət Bayramova və Ülfət Rüstəmova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Bənzər yazılar

İcra başçısı ehtiyac içində olan ailəyə qəzəbləndi: “Niyə bu qədər uşaq doğursan?”

admin

Bakıda daha bir qadın ÖZÜNÜ BİNADAN ATDI – DƏHŞƏTLİ OLAY

admin

“Ramin yeraz” narkotiklə yaxalandı – VİDEO

admin

Elmar Vəliyevi güllələyən Yunis Səfərova hökm oxundu – ÖMÜRLÜK HƏBS

admin

DİN narkotik satan böyük bir şəbəkəni ifşa etdi – SON DƏQİQƏ(FOTO)

admin

İki qadının oldüyü hostel kimə məxsusdur? – KRİMİNAL ALƏMİN “İST” qardaşlarından qaranlıq “BİZNES” – ŞOK İDDİA

admin